Bakıdan Ankaraya 20 saata getmək mümkün olacaq

"Növbəti ildən Bakı-Tbilisi-Qars istiqaməti üzrə sərnişin daşınmasına başlanılacaq".


Bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. Qurum rəhbəri bildirib ki, sərnişin qatarının istifadəyə verilməsinin gecikməsi relslərin fərqli olması ilə əlaqədardır.

 

"Belə ki, Azərbaycan və Türkiyə dəmiryolu reysləri fərqli olduğu üçün ona uyğun vaqonların hazırlanması prosesi gecikir. 30 ədəd vaqon sifariş olunub. İlk partiyada 10 ədəd vaqon göndəriləcək. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulub. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb".

 

C.Qurbanov bildrib ki, vaqonların Azərbaycana gətirilməsi 2019-cu ilin birinci rübündə nəzərdə tutulub. "İşlərin gedişatından asılı olaraq vaxt dəyişə bilər. Yeni qatarlarla sərnişinlər Bakıdan Qarsa 10 saata, Ankaraya isə 20 saata çatacaq. Qiymət 3 ölkə arasında əldə olunmuş razılığa əsasən, müəyyən ediləcək".(azvision.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

19.10.2018

18.10.2018

17.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az