Dövlət Gömrük Komitəsi təkzib edir

Bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası vətəndaşı, 1-ci qrup əlil Tural Əliyevdən 2016-cı ildə xaricdən sifariş etdiyi əlil arabasına görə gömrük orqanları tərəfindən 3 il sonra gömrük rüsumlarının tələb olunması barədə məlumat yayılıb.

Mediainfo.az-ın  verdiyi xəbərə görə, məsələ ilə bağlı DGK  Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən yayılan məlumatda bildirilir ki, xaricdən gətirilən əlil arabalarına görə ödəniləcək gömrük vergi və rüsumları ilə bağlı mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb:

Tural Əliyevin 2016-cı ildə gətirdiyi əlil arabası isə istisna hal kimi gömrük rüsumu alınmadan rəsmiləşdirilib.Son dövrlərdə gömrük sahəsində maliyyə-vergi intizamının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində gömrük vergi və rüsumlarını ödəməyən şəxs və qurumlara yenidən müraciətlər olunur. Belə müraciətlərdən biri də Tural Əliyevə edilib.

Dövlət Gömrük Komitəsi bildirir ki, bu istiqamətdə hər hansı qanun pozuntusuna yol verilməyib. Belə ki, Gömrük Məcəlləsinin 249.1. maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.

Konkret Tural Əliyevin gətirdiyi əlil arabası ilə bağlı fakt üzrə isə sənədləşmə yenidən nəzərdən keçirilib və məsələ Dövlət Gömrük Komitəsi rəhbərliyinin xüsusi tapşırığı ilə artıq birdəfəlik müsbət həllini tapıb.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az