Zülfüqar Əhmədzadənin 120 illik yubileyi keçirilib

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Zülfüqar Əhmədzadənin 120 illik yubleyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan tanınmış şair İlqar Fəhmi şairin həyat və yaradıcıllığından söz açarkən qeyd edib ki, biz bu gün zamanın çətin sınaqlarından çıxan bir şair haqqında danışacağıq: “Zülfüqar Əhmədzadə otuz yeddinci il represiya qurbanlarından olub. Şair var ki, yazır, yaradır, amma, tez bir zamanda da yaddan çıxır. Ancaq, Z. Əhmədzadə bu xalqın hər zaman yaddaşına yazılan şairlərdən olub. Onun Azərbaycan mədəniyyətinə xidmət göstərən övladları vardır. Bu gün onun davamçıları Azərbaycan mədəniyyətinə böyük töhvə verirlər”. İlqar Fəhmi həmçinin Z. Əhmədzadənin məşhur şeirlərindən də oxuyub. Sonra söz tədbirin təşkilatçısı, “Aləm” jurnalının təsisçisi şair Vüqar Həmatiyə verilib. V. Həmati Zülfüqar Əhmədzadənin həyat yolundan söz açıb. Təsisçisi olduğu “Aləm” jurnalı haqqında tədbir iştirakçılarını məlumatlandırıb: “Bu jurnal Azərbaycan və talış dilində çap edilir. Azərbaycanda yaşayan bütün xalqların mədəniyyətinin, inkişafının multikultural, ədəbi-bədii məsələləri haqqında məlumatlar dərc edən jurnalımız artıq ölkədə müəyyən nüfuza sahibdir. Jurnalımızın bir neçə sayı artıq çap edilib” Zülfüqar Əhmədzadənin yaradıcıllığı haqqında şair Oktay Rza, Balayar Sadiq, Xanəli Tolış və b. söz açıb, həm talış, həm azərbaycan dilində şairin şeirlərindən səsləndirilib. Qeyd edək ki, ilk dəfə olaraq latın qrafikası ilə talış əlifbasının yaradılması Zülfüqar Əhmədzadənin adı ilə bağlıdır. Azərbaycan şairi, publisist, tərcüməçisi və ictimai-siyasi xadimi Z. Əhmədzadə represiya qurbanlarındandır. O, 1942-ci il iyunun 9-da Kemerov vilayətinin Marinsk şəhərində vəfat edib.
Ruzbeh Məmməd

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.12.2018

18.12.2018

17.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az