Azərbaycanlı zənginlər Bosfor sahillərində tarixi villalar alır: 90 milyon dollara...

Türkiyə iqtisadiyyatında yaşanan böhran və milli valyutanın dəyərdən düşməsi nəticəsində Bosfor boğazı sahillərindəki tarixi malikanələrin çoxu satışa çıxarılır. Bosfor sahillərindəki dəbdəbəli tarixi villaların və malikanələrin sahibləri öz daşınmaz əmlaklarından yaxa qurtarmağa çalışırlar. Boğaz sahillərində 600-ə qədər villa var və onlardan 60-ı satışa çıxarılıb.
 
 
"Bu villaların qiyməti 4.5 milyon dollardan 90 milyon dollar arasında dəyişir. Hərəsinin öz tarixi var. Bosforun Asiya və Avropa sahillərində cəmi 60 villa satışa çıxarılıb”-daşınmaz əmlak agenti Uğur Ayxan yerli KİV-lərə bildirib.
 
 Potensial müştərilər türklər deyil, Qətər, İran və Azərbaycan vətəndaşlarıdır. Belələri boğaz sahillərində villalar almaqla həm də Türkiyə vətəndaşı pasportunu ala bilərlər. Çünki bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğan xaricilərin vətəndaşlıq alması üçün qaydaları sadələşdirib.
 
  •  

Virtualaz.org

Çox oxunan xəbərlər
Son xəbərlər

21.10.2018

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az