Gürcü məmur udduğu pulu azərbaycandilli məktəbə verdi

Gürcüstan baş nazirinin regional məsələlər üzrə müşaviri Sozar Subari Qardabani rayonu Qaratəhlə kəndinin azərbaycandilli məktəbinə baş çəkib.

Report xəbər verir ki, S.Subari məktəbə 3 min lari dəyərində gürcü dilində kitablar, foto və audio texnika hədiyyə edib.

Bildirilib ki, baş nazirin müşaviri qeyd olunan məbləği Gürcüstanın İctimai televiziya kanalında yayımlanan bilik yarışı proqramında udub. Qaratəhlə kənd məktəbinin şagirdləri S.Subarini həmin verilişdə dəstəkləyiblər.

Bununla yanaşı, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən məktəbə idman ləvazimatları və inventar da təqdim olunub.

Tədbirdə Qardabani rayonunun başçısı Ramaz Budaqaşvili, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, məktəb rəhbərliyi və digər şəxslər iştirak ediblər.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.10.2018

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az