Rusiyada 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır

"Hazırda Rusiyanın ali təhsil müəssisələrində 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Azərbaycanlı tələbələrin bizim universitetlərə daha çox maraq göstərməsi üçün hər şeyi edirik".

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda açılan 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində "Report"un sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, humanitar əməkdaşlıq Rusiya üçün prioritet istiqamətlərdən biridir.

Səfir həmçinin qeyd edib ki, universitetlər səviyyəsində ayrı-ayrı əlaqələr də humanitar sahədə inkişafa təkan verir və bu işdə 2015-ci ildə yaradılan Azərbaycan və Rusiya Universitetləri Assosiasiyası xüsusi rol oynayır.

Çox oxunan xəbərlər
Son xəbərlər

19.06.2019

18.06.2019

17.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az