İstirahət günlərində hava şəraiti yağışlı olacaq

 

İstirahət günlərində hava şəraiti yağışlı olacaq.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, gecə və səhər bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 11-16, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırırıq ki, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 15-20, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında bəzi yerlərdə yağış yağacağı, oktyabrın 27-də gündüz, 28-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-nın bəzi yerlərdə yağış yağacağı, oktyabrın 27-də gündüz, 28-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 16-21 dərəcə isti təşkil edəcək.  

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal–qərb küləyi  oktyabrın  27-də gündüz, 28-də gün ərzində mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 16-20 dərəcə isti təşkil edəcək.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az