"Şəkinin tarixi simasını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudu

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bütün bölgələrdə çox böyük quruculuq, abadlıq işləri aparılır, o cümlədən Şəki rayonunda. Şəki bizim qədim tarixi şəhərimizdir, nəinki Azərbaycanda, bütün bölgədə öz təbiəti, memarlığı, mətbəxi ilə fərqlənən şəhərdir.

Bu sözləri oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı bildirib.

"Şəkinin tarixi simasını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur, Azərbaycan dövlətinin borcudur və biz bunu edirik. Şəki öz qədim tarixi simasını saxlayaraq inkişaf edir, müasirləşir. Şəki rayonunda böyük infrastruktur layihələri icra edilir. Deyə bilərəm ki, son illər ərzində görülən işlər nəticəsində qazlaşdırma 82 faizə çatıbdır. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Şəkidə 87 meqavat gücündə elektrik stansiyası tikilmişdir. İndi biz Şəkinin içməli su layihəsinin icrası ilə məşğuluq. Mən göstəriş vermişəm ki, bu layihənin icrası daha da sürətlə getsin.

Bu gün biz kənd yolu layihəsinin açılışını qeyd etdik. Komplekslə üzbəüz Şəki Rayon Mərkəzi Xəstəxanası yerləşir. Mən o xəstəxananın açılışında şəxsən iştirak etmişəm. Olimpiya Kompleksi, 30-dan çox məktəb tikilib, təmir edilib və bir çox istirahət zonaları, otellər fəaliyyət göstərir. Şəki indi beynəlxalq turizm mərkəzinə çevrilir. Təbii ki, turistləri Şəkiyə cəlb edən bir çox amillər var – Şəkinin tarixi, memarlığı, mətbəxi, Şəki sənətkarlarının əl işləri və şəkililərin qonaqpərvərliyi. Əlbəttə, bütün bu amilləri nəzərə alaraq, biz çalışmalıyıq və çalışacağıq ki, Şəki rayonunu daha da sürətlə inkişaf etdirək, bu günə qədər öz həllini tapmamış bütün məsələləri həll edək.

Şəki-Balakən yolunun təmiri tam başa çatıb. Əvvəlki səfərlərdə mən Şəki-Qax avtomobil yolunun açılışını etmişəm. İndi Bakı-Şəki yolunun tam işə salınması istiqamətində böyük işlər gedir. Hər iki istiqamətdə - həm Yevlax, həm Şamaxı istiqamətində gedən yolların mütləq əksəriyyəti çox gözəl səviyyədədir. Yəni, gələcəkdə Şəkinin sürətli inkişafı üçün əlavə tədbirlər görüləcək. Bu səfər nəticəsində Şəki şəhərində 960 şagird yerlik yeni məktəbin, 48 mənzilli evin tikintisi ilə bağlı sərəncam imzalanacaqdır. Digər layihələr icra ediləcək. Şadam ki, Şəki şəhərində gözəl “ASAN Həyat” kompleksi fəaliyyət göstərir. Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Vətəndaşlara yaxşı xidmət göstərin", - İ. Əliyev vurğulayıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az