Sabah havanın dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir

Sabah havanın dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Noyabrın 01-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq  küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə  10-14, gündüz  15-17, Bakıda  gecə  12-14, gündüz 15-17 dərəcə  isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 780 mm civə       sütununa yüksələcək. Nisbi rütubət  75-85 faiz olacaq. 

Azərbaycanın rayonlarında

Noyabrın 01-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti təşkil edəcək.  

Tibbi-meteoroloji proqnoz

Noyabrın 01-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətin normadan bir qədər yüksək olacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbərdarlıq

Ölkə ərazisində oktyabrın 31-i axşamdan 02-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimal olunur. Çaylarda sululuğun artacağı ehtimalı var. 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az