"Şəfanı Məmmədsəfanın yanına gedəndən sonra tapdım" — Xanəndə Elnarə

Tanınmış xanəndə, əməkdar artist Lerikdə "ikinci Allah" adlandırılan Məmmədsəfa adlı şəxsdən danışıb.

Xanəndə "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, on iki il ərzində səhhətiylə bağlı ciddi problemlər yaşayıb və məhz Məmmədsəfanın yanına getdikdən sonra sağlamlığına qovuşub:

"Mən çox pis vəziyyətdə olanda ora aparıblar. Azərbaycandakı klinikalara, İrana, Türkiyəyə, Moskvaya həkim yanıan getdim, xeyri olmadı, çox narahat idim. Heç ora aparılanda da hara getdiyimi bilməmişəm. Onun baxdığını, nağıl danışdığını da görmədim. Hələ cibimə pul da qoydu. Sözün düzü, əvvəlcə məni tanımırdı. Dedim ki, bu vəziyyətdəyəm. Allahın qüdrətinə qurban olum. "Quran"da elə kəlamlar var ki, onu biz bilmirik, alimlər, bilicilər bilir. O, mənə dualar yazdı, verdi. Dedi ki, 15-20 gündən sonra gələrsən. Allaha and olsun, ondan sonra bir az özümə gəldim. On iki il ölü vəziyyətdə yaşamışam.  Xeyli müddət ildə bir dəfə, altı aydan bir o kişinin yanına gedib gəlmişəm. Hələ bir adamdan eşitməmişəm ki, o kişi kimdənsə pul tələb etsin. Özünüz də bilirsiniz ki, "nemes" kimi adamam, bildiyimi dədəmə də verən deyiləm. Amma bu adam məni tanıyandan sonra cibimə pul qoyub ki, birdən imkanım olmaz. Orada hamı ona dədə deyir. Demişəm ki, dədə, lazım deyil, beş-üç manatım var. Deyib ki, sən bu millətə, xalqa gərəkli adamsan. Ora nə qədər dərdi olan, uşağı, gəlini xəstə olan gəlib on manat qoyubsa da, deyib ki, götür get, lazım deyil, təki sənin uşağın yaxşı olsun. Yəni, o qədər yaxşı insandır".  

Əməkdar artist bildirib ki, on iki il ərzində səhhətindəki problemlərə görə həkimlərə külli miqdarda pul xərcləyib:
"Həkimlər mənə deyirdilər ki, heç bir xəstəliyin yoxdur. On iki ildə pulumun hamısını həkimlər yeyiblər, ortada da heç nə olmayıb. Canıma bir maşının- özü də taraz maşının e, "011", "07" yox- pulunu xərcləmişəm. Amma mənə Məmmədsəfa kişi elədi. O insandan, o kişidən yoxdur".

Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2018

11.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az