Araz Ağalarov milyarderlər adasındakı evini satdı - 8,5 milyon dollara

Azərbaycanlı milyarder Araz Ağalarov ABŞ-ın Flordida ştatındakı Fişer adasındakı (Mayami sahilləri) elit "Palazzo Del Sol” kompleksindəki mənzilini 8.5 milyon dollara satıb.
 
Sənədlərə əsasən həmin mənzili alan Rusiya parlamentinin deputatı Boris Reznikdir. 
 
İlkin məlumatlara görə, mənzilin satışına dair sövdələşməyə əsasən əmlakın hər kv.metri üçün 1786 dollar hesablanıb. Lakin bu qiymətə mənzilin mebeli daxil deyil. Alıcı mebellər üçün əlavə 930 min dollar da ödəyib və nəticədə əmlakın ümumi satış qiyməti  9.4 milyon dollar olub.
 
Qeyd edək ki, Fişer adası milyonerlər və milyarderlər adası kimi tanınır, oranın sakinləri ancaq zənginlərdir.(BakuPost)
Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2019

20.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az