POEZİYAMIZIN SƏHRA KOMANDİRİ...

Ayaz Arabaçı poetik zamanda yaşayan və həmişə şeirlərini poeik zamanda yazan şairdir. Ancaq poetik zamanda yaşayan və o zamanda yazıb yaradan insan bu qədər müstəqil, orjinal, novator, xəlqi, bəşəri, bənzərsiz ola və obyektiv reallığı metafizik qatda bu qədər sirli- sehri spektirləndirə, metafizik hissləri, duyğuları obyektiv reallığa bu qədər dəqiqliklə hopdura bilər...
Ayazın şeirlərini oxuyanda, dinləyəndə adamın ürəyindən izzaha gəlməz sirli – sehrli hislər, duyğular, başından başı dumanlı, ətəyi laləli fikirlər keçir. Ürək qanı ilə, qeyri – səlis məntiqlə yazılan Ayaz şeirləri adamın ürəyinə yağ kimi yayılır, başını – beynini işıqlandırır, nurlandırır...
Ayazın hər şeiri uğurla başa çatan ürək transplantasiyası kimi bir şeydir. Mücərrəd varlıqlara məxsus əlamətlərin əllə toxununla bilən əşyalara köçürülməsi və yaxud əksinə həyata keçirilməsi onun qələminin dəyərini bir – beş artıran əsas keyfiyyətlərdən biridir...
... Yoxundan nə qədər yıxılar adam,
Heçindən nə qədər yıxılar adam,
Ayağı dolaşıb qanadlarına,
İçindən nə qədər yıxılar adam...
Vardan, yoxdan və ayağın qanada dolaşıb içdən yıxılmaq fəlakətini bundan gözəl heç bir qələm yazmayıb. Bu müqəddəs qələmin missiyasıdır. Və bu misraların izzahı adi qələmlərin qaraladığı kitablara sığmaz...
Ayaz yanmağın şəklini elə çəkir ki, heç onu zülmətdə yanan şəm elə çəkə bilmir. Və Ayaz həm də hər şeyin şəklini o qədər doğru, dürüst çəkir ki, heç həsrətin ağrının, kədərin özü belə ondan qəm çəkə bilmir. Çünki Ayaz sevəndə hər şeyi bütöv sevib, qələminə, ürəyinə xəyanət etməyib. Və o, bu bütövlüyün, bu sədaqətin xətrinə dəyə bilmir.

...Şəklini yanmağın elə çəkirəm,
Heç onu zülmətdə şəm çəkə bilmir,
Sevəndə hər şeyi bütöv sevmişəm,
Könlüm həsrəti də kəm çəkə bilmir...
Ayaz hadisələrin, olayların, yaşantıların, ağrıların, acıların dərdini, sevincini, müsibətini elə pıçıldayır ki, kar qulaqlar belə onu eşitmək zorunda qalır, elə rənglərdə təsvir edir ki, kor gözlər belə onu görməzliyə vura bilmir.
... Ayağı altındakı kirli cib dəsmalını,
Əyilib götürməyə qalmamışdı həvəsi,
O özü də taleyə çevirmişdi dalını,
Sələmiynən alırdı Tanrıdan hər nəfəsi...

...Vardı daraq batmayan şəvə- zənci saçları,
Belə sısqa deyildi, cüssəliydi, iriydi,
Xatırimə gətirdim 90- cı illəri,
Bizim könüllülərin səhra komandiriydi...

...Necə yana bilirsə, bir topa quru küləş,
Qəfildən bir anlığa eləcə yandı içim.
Bəs hanı niyə doğmur haqq deyilən o Günəş,
Mən belə ədalətin boyuna qəmiş ölçüm...
Məmləkətin, bu məmləkət uğrunda canından keçməyə hazır olan komandirin düşdüyü fələkətli durumu bundan faciəli şəkildə heç bir Qələm qələmə almayıb. Bu şeirdə dərdlər elə üslubda təsvir edilbdir ki, təsvir edilməyənlər də təsəvvürə gətirilə bilsin...
... Ayaz Arabaçı hər şerilə sübüt edir ki, Azərbaycan dilinin, o cümlədən onun əsas vəzni olan heca şerinin imkanları tükənməzdir, sərhədləri nəhayətsizdir. - Bu söz seir sözü deyil, - deyən dillərin də yanlış danışdığını Ayaz əməli işilə çoxdan sübuta yetirib...
...Kəsilmədi qarabağda kor düyün,
Başqa şeydir erməninin hürdüyü,
Daşkəsəndə qardaşımın sürdüyü,
Mostu qaçmış kamaz haqqı, ay vətən.

... Kəsmə barı umudunu Tanrıdan,
Azdan – çoxdan odu bizi yaradan,
Xoşaxoşnan donuz çıxmaz darıdan,
Oynadığın “topaz “ haqqı, ay Vətən...
“Most”,” topaz” sözləri bu şerin kolaritini birə - beş artırıb. Və deməli, seir sözü olmayan söz yoxdur. Sadəcə olaraq, onu yerində işlətməyi bacarmayan qələm var. Düzdür, huşu Nuh əyyamında qalan akademiklərimiz əlinə qələm alıb qeyd edilən sözlərə varvarizm damğası vurmağa cəhd edə bilərlər. Ancaq daha bunun heç bir əhəmiyyəti olmayacaq...
Ayazın qələmi leksik səviyyədə sözün həqiqi mənasını məcazi mənalarda çoxqatlı varıasiyalarda işlətmək sahəsində də əvəzdilməzdir. Və bu üslub mətnə xüsusi bir əlvanlıq, özünəməxsusluq gətirir.

...Birə düşdü haq babanın kürkünə,
Bəy balalar çıxıb getdi çıxıb getdi sürgünə,
Ac əmilər, ac dayılar bir günə,
Düz on illik ruzimizi əmdilər.

... Həzz aldılar itə - qurda dişlədib,
Həzz aldılar bağrımızı şişlədib,
Hamımızı öküz kimi işlədib,
Dərimizi – gönümüzü əmdilər...
Ayaz Arabaçının rədifdən əvvəl işlətdiyi həmqafiyə sözlər təz – tər, ağılagəlməz, ürəyəyatımlı, ruhu təzəliyən olur həmişə.
...Lap istəyir gündə min yol çən gələ,
Yoxlamışam könlümü sis götürmür...

... Hər tərəfdən haqq yoluna çıxıram,
Ayaqlarım özgə bir iz götürmür...

... Gələ bilsən ad günümə özün gəl,
Arabaçı başqa piriz götürmür...
Hərdən mənə elə gəlir ki, Ayaz Arabaçının hər şeri poeziyamızın sərhədlərində mərmi kimi partlayır. Bu partlayışlar müqəddəs yerlərimizi həm məhəlli, həm yad həmlələrdən, həm də akademik hucumlardan, goplarda, saxta dəyərlərdən çox məharətlə qoruyur.Hərdən də mənə elə gəlir ki, o, təkcə poeziyamızın sərhədlərinin yox, həm də bütün poeziya sevən ürəklərin səhra komandiridir...

Mübariz Məsimoğlu

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

17.01.2019

16.01.2019

15.01.2019

Müsahibələr
Arxiv
Yanvar 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az