Cəlilabadda yeni tarix üzə çıxdı - VİDEO

Cəlilabadda eramızdan əvvələ aid olan daşdan düzəldilmiş quş fiquru tapılıb.

Büt olduğu ehtimal olunan daş fiqur Cəlilabadın Şatırlı kəndində təsərrüfat işləri görülərkən aşkar edilib. 10 kq-a yaxın çəkisi olan maddi-mədəniyyət nümünəsinin üzərində kiçik ölçüdə möhür izini xatırladan damğa var.

Tarixçilərin sözlərinə görə, bu bütün hər hansı bir tayfaya aid olduğunu göstərən işarə ola bilər. Digər maraqlı məqam isə daş fiqurun üzərində bir neçə şaqulu düz xətlərin çəkilməsidir.

İlkin araşdırmalar zamanı tapıntının 3 min ildən çox yaşı olduğu məlum olub. Mütəxəssislərin sözlərinə görə, daş fiqur Cənub bölgəsində insanların inancı ilə bağlı ilk tapıntıdır. Sözügedən maddi-mədəniyyət nümunəsinin araşdırılması qədim insanların inacları, eləcə də dəfn adətləri ilə bağlı maraqlı faktları üzə çıxara bilər.

Qeyd edək ki, sözügedən ərazidə qartal formalı bütlə yanaşı, əkinçilik ələtlərinin qalıqları da aşkar olunub. Artıq bununla bağlı AMEA Tarix və Etnoqrafiya İnstitutuna məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.03.2019

23.03.2019

22.03.2019

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az