Tahir İmanov hədələdi: hüquq-mühafizə orqanlarına müraciət edəcəm

Əməkdar artist, yumor ustası Tahir İmanovun adından Feysbuk sosial şəbəkəsində saxta profil yaradılıb.  Bu barədə əməkdar artistin özü məlumat verib. Tahir İmanov qeyd edib ki, məlum profil saxtadır və orada səsləndirilən çağırışların onunla heç bir əlaqəsi yoxdur:

 

“Feysbukda mənim adımdan saxta profil yaradılıb. Hansı ki, həmin profildə insanları həbsdə olan bloger Mehman Hüseynovu müdafiə etməyə yönəlik çağırışlar yerləşdirilib.

 

Mən bildirirəm ki, sosial şəbəkədəki bu profilin, habelə orada yer alan fikir və çağırışların mənimlə heç bir əlaqəsi yoxdur. Mən Heydər Əliyev ideyalarına sadiq insanam və Prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm. Odur ki, mənim belə bir şəxsi müdafiə etməyim mümkün deyil.

 

Mənim adımdan saxta profil yaradan, yalan bəyanatlar yayan şəxsləri bu işə son qoymağa çağırıram. Əks təqdirdə, hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyəti qarşısında qalacam”.(Kult.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az