Bakıda gecə klubu bağlanıldı

Bakının ən məşhur gecə klublarından olan “İnfiniti” tam şəkildə qapadılıb.

Məlumata görə, ötən ilin sentyabır ayının sonlarında klubun bağlandığı elan olunsa da, “İnfiniti” müəyyən qrup müştərilərə xidməti davam etdirib. Daha doğrusu, əvvəlcədən aylıq pul ödəyib kluba üzv olan “elit müştərilərə” və varlı turistlərə “İnfiniti”nin qapıları açıq olub. Ancaq bu da çox çəkməyib. Ötən ilin dekabrında klubun fəaliyətinə son verilib.

Bakının mərkəzində yüngül əxlaqlı qadınların ən çox toplaşdığı və bu üzdən də ərəblərin sevimli məkanına çevrilmiş gecə klubunun bağlanmasının konkret səbəbi açıqlanmayıb. Ancaq bunun səbəbinin klubda əxlaqsızlığın əndazəni aşması, burada baş verənlərin səsinin hətta ölkə hüdudlarından kənara belə yayılması ilə bağlı olduğu ehtimal olunur. Çünki xarici mediada belə bu məkanda baş verənlər barəsində materiallar efirə getmişdi.

Xatırladaq ki, bir müddət öncə İraqdan olan blogerin “İnfiniti” gecə klubundan hazırladığı reportaj həm yerli, həm də xarici mətbuatda geniş şəkildə yayımlanmışdı. Ərəblərin Azərbaycandaki gecə həyatından bəhs edən reportajda “İnfiniti” klubun qarşısında qadın alverinin getdiyini, klubun əxlaqsız qadınların məskəninə çevrildiyini nümayiş etdirən görüntülər əks olunmuşdu.

Həmin qalmaqallı reportajdan qısa müddət sonra gecə klubunun bağlandığının elan olunmuşdu. Amma az müddət keçəndən məkan yenidən fəaliyyətə başladı. “İnfiniti” gecə klubu haqqında dəfələrlə materiallar dərc etmişik.

Burada gənc qızların fahişəliyə cəlb edilməsi, turistlərin, əsasən də ərəblərin burada “ova” çıxması barəsində yetərincə məlumat vermişdik. Məkandan olan görüntülər də bunları sübut edir. Məkanın bağlanmasına əsas səbəb də bu göstərilir. Azərbaycana ərəb turistləri üçün sadələşdirilmiş viza rejiminin ləğv edilməsi də əxlaqsızlığın önünü kəsmək üçün atılmış addım kimi qiymətləndirilir.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az