Sabah hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir

Sabah Azərbaycan ərazisində avanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Yanvarın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 55-60  faiz olacaq.

Azərbaycanın rayonlarında

Yanvarın 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında

Yanvarın 11-i gündüzdən 12-si gündüzədək arabir güclənən cənub-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında

Yanvarın 11-i gündüz, 12-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

17.01.2019

16.01.2019

15.01.2019

Müsahibələr
Arxiv
Yanvar 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az