Unikal neyrocərrahiyyə əməliyyatı icra edilib

İki il əvvəl görmənin pisləşməsi şikayəti ilə oftalmoloqa müraciət edən qadın pasiyentə baş beyin MRT-nin çəkilməsi tövsiyə edilsə də, buna əməl etməyib. Üçüncü övladını dünyaya gətirdikdən bir ay sonra xəstənin sağ gözündə görmə tam itib (işıq seçilməyib), solda isə 1 metrdən sadəcə kölgələr seçilib.

 

Mediainfo.az-a nazirlikdən verilən məlumata görə, Qadın Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edib, çəkilən baş beyin MRT-də görmə çarpazını, hipotalamusu, beynin əsas damarlarını sıxan böyük ölçülü (4 sm) törəmə aşkar edilib.

 

RMDM-in neyrocərrahı Azər Əkbərov tərəfindən aparılan əməliyyat nəticəsində sağ pterional kraniotomiyadan törəmə tam xaric edilib.

 

Önəmli strukturların hamısı qorunub. Bir neçə saatdan sonra xəstə sağ gözü ilə işığı seçməyə başlayıb, sol gözdə 1,5 metrdən barmaq sayılacaq qədər görməsi artıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2019

20.02.2019

19.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az