Ermənipərəst azərbaycanlı ABŞ-da boykot edildi

Dünən Kaliforniyanın Santa Klara şəhərində Cənubi Azərbaycandan olan ermənipərəst müğənni Rəhim Şəhriyarinin konserti olub. Konserti bir qrup azərbaycanlı boykot edib.

Bu barədə Musavat.com-a Kaliforniya Azərbaycan Mədəniyyət Evinin rəhbəri Həmid Azəri məlumat verib.

Onun dediyinə görə, sözügedən müğənni farsların və ermənilərin sevimlisidir. Daha öncə bir neçə dəfə Kaliforniya Azərbaycan Mədəniyyət Evinə konsert təşkilatçılığı üçün müraciət etsə də, rədd cavabı alıb: "Biz onun konsertini hər dəfə boykot edirik. Bu şəxs Cənubi Azərbaycanda da bizim fəallarımızı polis vasitəsilə tutdurub. Budəfəki konsert zamanı bizim fəallarımız əlləri ilə bozqurd şəkli göstərərərk, öz etirazlarını nümayiş etdiriblər".

H.Azəri bildirib ki, bu şəxs Azərbaycanda da konsert proqramı keçirib və azərbaycanlı müğənnilərlə yaxşı əlaqələr qurub: "Budəfəki konsertini də "Azerbaycan music koncert" adı ilə reklam edirdi. Çalğıçıları ermənidir. Konsert zamanı onları ayağa qaldıraraq tamaşaçılara təqdim edib və deyib ki, bizim ermənilərlə, fars və kürdlərlə heç bir problemimiz yoxdur”.

H.Azəri bildirib ki, Azərbaycanda da bu şəxslər olduğu kimi təqdim edilməli, ölkədə konsert verməsinə şərait yaradılmamalı, eyni zamanda yerli müğənnilər onunla dostluq münasibətlərinə bir daha baxmalıdır.

Çox oxunan xəbərlər
Son xəbərlər

17.02.2019

16.02.2019

15.02.2019

14.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az