AMEA-nın əməkdaşlarına 63 hektar torpaq sahəsi ayrılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və istirahətinin təşkil edilməsi məqsədilə qurumun “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından torpaq sahəsi ayrılıb”.

Bunu AMEA-nın İşlər idarəsinin müdir müavini Sərdar Əliyev deyib.

S.Əliyev bildirib ki, Xüsusi Komissiya yaradılıb, mütəxəssislər cəlb olunaraq ərazidə xəritələmə və sahə bölgüsü işləri aparılıb: “Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63hektar ərazidə hər biri 10 sot olmaqla 343 sahə ayrılıb”.

İdarə rəsmisi torpaq sahəsinin iki il müddətinə verilməsinin nəzərdə tutulduğunu, səmərəli istifadə ediləcəyi təqdirdə, müqavilənin uzadılacağını diqqətə çatdırıb: “Əməkdaşlara torpaq sahəsində müvəqqəti istifadə üçün daldalanacaq yerləri, vaqonlar quraşdırmağa, ərazini çəpərləməyə və ya metal torla bağlamağa icazə veriləcək”.

Ərazidə yaxın günlərdə yolların çəkilməsi prosesinə başlanılacağını deyən S.Əliyev sahələrdə bütün ekoloji tələblərə və sakitliyə təmiz riayət olunacağını söyləyib. Report

Çox oxunan xəbərlər
Son xəbərlər

20.02.2019

19.02.2019

18.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az