Sığınacağa yerləşdirilən uşaqların atası tapıldı - VİDEO

Ötən gün bir qadının uşaqlarını dayənin yanında qoyaraq getməsi barədə xəbər vermişdik. Xəbər efirə verildikdən sonra həmin uşaqların qohumları "Xəzər Xəbər"ə müraciət edib və xeyli müddətdir onları axtardıqlarını bildiriblər. Bu gün uşaqların atası bizimlə birlikdə onların saxlanıldığı sığınacağa baş çəkib. Hazırda sənədləşmə işləri üçün uşaqların anası axtarılır.

Xezerxeber.az-ın məlumatına görə, sığınacağa yerləşdirilən uşaqların atası tapılıb.

İsmayıllı sakini olan və Suraxanı rayonunda kirayədə yaşayan 52 yaşlı İlqar Qədirzadə bildirib ki, uşaqların anası Gürcüstan vətəndaşı olan 36 yaşlı Aida Əsgərovadır. Qadın uşaq evində böyüdüyü üçün heç bir sənədi olmayıb. İlqarla Aidə iksi də bir-birinin 3-cü həyat yoldaşıdır. Qadının ilk həyat yoldaşından 4 uşağı var və onlar ataları ilə birgə yaşayır. Sığınacağa yerləşdirilən oğlan uşaqlarının böyüyü, 6 yaşlı Əmrah onun həbsdə olan ikinci ərinin övladıdır. 4 yaşlı Sabir isə İlqar Əsgərovun öz oğludur. Qadın onunla 2014-cü ildən bəri qeyri-rəsmi nikahda yaşayır.

Yanvarın 10-da isə qadın uşaqları da götürərək evdən gedib.

Ata tapılsa da, indi sənədləşmə işləri üçün uşaqların anası Aidə axtarılır. Uşaqların doğulduğu tibb ocaqları da müəyyən edilib və sorğu göndəriləcək.

Qadının psixoloji problemlərinin olduğu bildirilir. İlqar Qədirzadə Aidə ilə birlikdə yaşamağa və hər iki uşağa atalıq etməyə hazır olduğunu bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

17.02.2019

16.02.2019

15.02.2019

14.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az