Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarına:

Hörmətli Prezident, ulu öndər Heydər Əliyev tərəfindən əsasları qoyulan möhkəm və güclü dövlətçilik kursunu davam etdirərək Azərbaycanı iqtisadi, siyasi, hərbi və digər sahələrdə nəinki bölgəmizin, həm də dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirdiyiniz hamıya məlumdur. Sizə müraciət etməyimə səbəb - bu gün bir həftədən artıq komada olan 20 ildən artıqdır mediada fəaliyyət göstərən jurnalist həyat yoldaşım, “Oxu məni” qəzetinin keçmiş həmtəsisçisi və baş redaktoru, “Mediapress.az” Xəbər Agentliyinin Baş redaktoru, “Tərəqqi” medalı ilə təltif edilən Natiq Qocamanın ağır xəstə olması ilə bağlıdır.  Hörmətli Prezident, Natiq Qocaman fevral ayının 1-dən insult keçirərək komadadır və müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq, vəziyyəti  ağır olaraq qalmaqda davam edir. Həyat yoldaşımın müalicəsinin xaricdə olduğunu deyirlər. Buna isə bizim imkanımız  yoxdur. Cənab Prezident,  Sizin humanizminizi, ağır vəziyyətdə olan imkansız vətəndaşlarımıza, o cümlədən vəziyyəti ağır olan xəstə jurnalistlərin müalicəsinə dəfələrlə yardım göztərdiyinizi, iki azyaşlı övladımızı nəzərə alaraq Zati-alilərinizdən həyat yoldaşım Natiq Qocamanın müalicəsinə yardım etməyinizi xahiş edirəm. Əminəm ki, Siz, həyat yoldaşımın ağır vəziyyətini nəzərə alaraq onun müalicəsi üçün lazım gələn bütün köməklikləri göstərəcəksiniz.

Hörmətlə:  Jurnalist Könül Qocayeva (AYPARA)

Çox oxunan xəbərlər
Son xəbərlər

17.02.2019

16.02.2019

15.02.2019

14.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az