Tarix İnstitutunun ilk elektron oxu zalının açılışı olub

Fevralın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Arxivi və Kitabxanasının ilk elektron oxu zalının açılışı olub.

İnstitutdan verilən məlumata görə, rəmzi açılışı bildirən lent kəsildikdən sonra Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə institutun Elmi Arxivi və Kitabxanası barədə ətraflı məlumat verib.

Yaqub Mahmudov bildirib ki, elektron oxu zalı AMEA-da gedən islahatlar fonunda yaradılıb: “Tarix İnstitutunun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir”.

Qeyd olunub ki, son illərdə institutda arxiv sənədləri və kitabların elektron katoloqu hazırlanıb.

Tədbir iştirakçıları Elmi Arxiv və Kitabxanada yaradılan şəraitlə tanış olublar. Yaqub Mahmudov məlumat verib ki, son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən 100 mindən çox arxiv sənədi gətirilib.

Bildirilib ki, institutun Elmi Arxivi və Kitabxanasında 170 min arxiv sənədi, 17 min kitab, “Azərbaycan” qəzetinin elektron və çap variantı (1993-2017), elmi jurnallar, dissertasiya işləri, avtoreferatlar, xəritələr və s. var.

Kitabxanadakı 17 min kitabdan 10 mini ərəb dilində olan elektron kitablardır. Bu elektron kitablar arasında müasir ərəb və Misir tarixçilərinin kitabları, “Müasir islam tarixində Osmanlı dövləti”, “Osmanlı dövləti necə süqut etdi”, “Təbəri tarixindən seçmələr”, “İraq mədəniyyəti”, “Ərəb ədəbiyyatı tarixi” və digər kitablar mövcuddur.

İnstitutun arxivində Azərbaycanın görkəmli tarixçilərinin fondları var.

Tarix İnstitutunda “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində arxiv sənədləri çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilir.

Bildirilib ki, yeni yaradılan elektron oxu zalı institutun mühüm uğurlarından biridir.

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

17.02.2019

16.02.2019

15.02.2019

14.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az