Əmək haqqının artımına 400 milyon ayrılacaq

Minimum əməkhaqqının 38,5 faizə yaxın artırılması insanların sosial vəziyyətində müsbət dönüş yaradacaq.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı sərəncamını şərh edən millət vəkili Azər Badamov deyib. Millət vəkili vurğulayıb ki, Azərbaycan sosial dövlətdir və qəbul edilən bütün qərarlar ölkə vətəndaşının maddi rifah halının yaxşılaşmasına xidmət edir:

“Bu, Prezidentin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı imzaladığı ilk sərəncam deyil. Dövlət başçısının bu istiqamətdə imzaladığı sərəncamlar sayəsində son 15 ildə əməkhaqları 7 dəfə, pensiyalar isə 8 dəfə artıb. Minimum əməkhaqqının 38,5 faizə yaxın artırılması insanların sosial vəziyyətində müsbət dönüş yaradacaq. Belə ki, yeni qərara əsasən, dövlət sektorunda 450 min, özəl sektorda isə 150 min maaş alan vətəndaşın əməkhaqqı artacaq. Ümumilikdə 600 min şəxsə şamil olunacaq qərarın icrasına dövlət büdcəsindən il ərzində 400 milyon əlavə vəsait ayrılacaq. Bu böyük vəsaitin ayrılmasında qarşıya qoyulan əsas məqsəd əhalinin sosial vəziyyətinin gücləndirilməsindən ibarətdir”.

Millət vəkili bildirib ki, Azərbaycanda icra olunan layihələrin əksəriyyəti sosial xarakter daşıyır:

“İnfrasturuktur və sosial vəziyyətin yaxşılaşdırılması ilə bağlı layihələr, özünüməşğullluq proqramı, DOST mərkəzlərinin yaradılması və s. birbaşa Azərbaycan vətəndaşının sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Hesab edirəm ki, ölkənin inkişafı ilə bağlı atılan addımlar davamlı olacaq. Bu mənada əməkhaqqı və pensiyaların artırılması ilə bağlı qarşıda yeni qərarlar gözlənilir”.

Qeyd edək ki, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

17.02.2019

16.02.2019

15.02.2019

14.02.2019

Müsahibələr
Arxiv
Fevral 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az