Azərbaycan Tibb Universitetinin (ATU) həkimləri daha bir uğurlu əməliyyat icra ediblər

40 yaşlı xəstənin döş boşluğundakı sinir mənşəli törəmə endoskopik üsulla xaric edilib.

Mediainfo.az-a nazirlikdən verilən məlumata görə, Azərbaycanda torakal cərrahı Arif Ağayevin sözlərinə görə, bu əməliyyat mürəkkəbliyi və çətinliyi ilə seçilib. Əməliyyatın üsulu, yəni qapalı üsul dünyanın çox az müəssisələrində icra olunur: “Endoskopik əməliyyatların icrası digərlərindən fərqli olaraq daha həssas yanaşma tələb edir. Bununla yanaşı, şiş təhlükəli sahədə - damar və sinirlərin üzərində yerləşib. Ona görə də hər an qanama təhlükəsi var idi. Həmçinin əməliyyatdan sonra nevroloji problemlərin yaranması riski də ola bilir. Sözügedən cərrahi əməliyyat üç saat davam etdi və uğurla yekunlaşdı”.

 

Torakal cərrah təcrübə və müasir texnologiyaların tətbiqi ilə bu kimi riskli cərrahi əməliyyatların icrası və risklərin minimuma endirilməsi Azərbaycanda da mümkünlüyünü bildirib.

Çox oxunan xəbərlər
Son xəbərlər

24.05.2019

23.05.2019

22.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az