Magistral yolda avtobus "sousu" - Sürət azı 150-dir - VİDEO

Avtobus sürücüsü Bakı-Ələt-Astara yolunda yüksək sürətlə hərəkət edib. Çəkilən kadrdan görünür ki, avtobusa sözün əsl mənasında çatmaq mümkün deyil.

 

Elə təsəvvür yaranır ki, avtobus sürücüsü sanki magistral yolda yox, yarış meydançasındadır.

 

Xezerxeber.az-ın məlumatına görə, görüntülərdən aydın olur ki, avtobus sürücüsü sərnişinlərin həyatını riskə atmaqdan çəkinmir. Avtobus azı saatda 150 km/sürətlə hərəkət edir. Üstəlik, manevrlər də edir.

 

Məsələyə münasibət bildirən yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, bu videoda birmənalı olaraq yol hərəkəti haqqında qanunvericiliyin tələbləri pozulub. Üstəlik, bu tələbi təkcə avtobus sürücüsü deyil, elə videonu çəkən şəxs də pozub.

 

Ekspert deyir ki, avtobusların magistral yolda icazə verilən sürəti maksimum 90km/saatdır. Burada isə sürücü bu qanunun tələbini kobudcasına pozub.

 

Ekspert təklif edir ki, avtobuslara taxoqraflar quraşdırılsın. Taxoqraflar sürücülərin bütün hərəkətlərini izləməyə imkan verir. Həmçinin sənişin avtobuslarına sürətə nəzarət edən xüsusi cihazlar da quraşdırıla bilər. Həmin cihazlar isə sürət həddinin aşılmasının qarşısını alır.

 

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

© xezerxeber.az 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.03.2019

23.03.2019

22.03.2019

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az