Sabah Bakıda güclü şimal-qərb küləyi əsəcək-Xəbərdarlıq

Sabah respublikamızın ərazisində hava qeyri-sabit keçəcək, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Martın 08-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecədən başlayan yağışın gündüz kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8 dərəcəyə yaxın isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-70 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Martın 08-də bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Martın 08-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Çox oxunan xəbərlər
Son xəbərlər

24.03.2019

23.03.2019

22.03.2019

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az