İstedadlı şagirdləri necə qoruyaq?

Namiq Əliyev | Tarix üzrə fəlsəfə doktoru
 

Müasir dövrümüzün inkişaf etmiş, güclü, qüdrətli dövlətləri hazırkı mərhələyə elm və təhsilə xüsusi diqqət yönəltmələrinin hesabına çatıblar. Elmi səviyyənin intensiv olaraq yüksəldilməsinin ağırlığı isə hər bir cəmiyyətin istedadlı insanlarının üzərinə düşüb. Odur ki, elmin inkişafında maraqlı olan dövlətlər istedadların hələ uşaqlıq illərindən üzə çıxarılması üçün mükəmməl proqramlar hazırlayaraq tətbiq ediblər. İstedadlı uşaqların müəyyən edilməsi, onlarla hansı üsullarla işləməklə bağlı çoxsaylı tədqiqatlar aparılıb, məqalələr, kitablar yazılıb və bu gün də bu proses davam etməkdədir. İsrail dünyada yeganə dövlətdir ki, istedadlı uşaqlarla iş sistemni məxfi dövlət sirri kimi qoruyur. Təsadüfi deyil ki, Nobel mükafatı alan xalqlar içərisində yəhudilər birinci yeri tuturlar. Amerika isə sözügedən sahə ilə bağlı, həm öz metod və üsullarına malikdir, həm də yüksək ödəniş müqabilində başqa dövlətlərin istedadlı uşaqları və alimlərini cəlb etməklə məşğuldur. Bir neçə il bundan əvvəl ümumdünya riyaziyyat olimpiadasında qalib gələn rus məktəbli növbəti ildə Amerika bayrağı altında öz istedadını nümayiş etdirirdi. Son illərdə ABŞ-da elmlər doktoru dərəcəsini alanların 50 faizini Asiyadan gələn alimlər təşkil edirlər. İrana səfərim zamanı bu qonşu dövlətin istedadlı uşaqlara yanaşma sahəsindəki təcrübəsi diqqətimi cəlb etdi. Onlar hər il bütün əyalətlərdə müxtəlif fənlər üzrə müsabiqələr təşkil edərək istedadlı məktəbliləri üzə çıxarırlar. Sonra isə həmin məktəblilər xüsusi tədris müəssisələrinə yerləşdirilir və bütün xərcləri dövlət tərəfindən ödənilir. 
Bəs bu sahədə ölkəmizdə vəziyyət necədir? Birincisi, sevindirici hal odur ki, valideyinlər övladlarının kiçik yaşlarından başlayaraq, yaxşı təhsil almasında maraqlıdırlar və təhsilə vəsait xərcləməkdən çəkinmirlər. İkincisi, dünyanın azsaylı dövlətlərindənik ki, uşaqlarımızı 100 faiz orta təhsilə cəlb edə bilirik. Həmçinin 2006-2010-cu illərdə istedadlı uşaqlarla bağlı Dövlət Proramı da qəbul edilmişdi. Xaricdə təhsil proqramı çərçivəsində dövlət vəsaiti hesabına minlərlə tələbə inkişaf etmiş ölkələrdə təhsil aldı. Lakin çatışmayan cəhətimiz odur ki, elə tələbəlik dövründə prosesdə qırılmalar başlayır və sonda istedadlı vətəndaşlarımızı dünyanın aparıcı elm adamlarının cərgəsində, təvazökarlıqdan uzaq olsa da, Nobel mükafatı alanların arasında görə bilmirik... Fikrimizcə, artıq orta məktəblərdən başlayaraq, təbiət elmləri sahəsində xüsusi istedadı olan uşaqların seçilməsi və müəyyən miqdarda təqaüdlə təmin olunmalarının vaxtı çatıb. Birinci mərhələdə respublika üzrə 10 nəfər seçib, ayda müəyyən məbləğ vermək, elə də çətin məsələ deyil. Bu sahədə ənənə də var, musiqi məktəblərinin istedadlı yetirmələri Prezident təqaüdünə layiq görülürlər. İstedadlı uşaqlara çəkilən xərci hər il büdcədən təhsilə ayrılan vəsitin də içərisinə daxil etmək olar. Amma bu proses qırılmamalıdır, istedadlı vətəndaşlarımızın bəlli bir elmi səviyyəyə çatmasınadək davam etməlidir. Şübhəsiz ki, sərf edilən vəsait hədər getməyəcək, istedadlar bunun əvəzini min dəfələrlə artıq dövlətlərinə qaytaracaqlar.
 
Çox oxunan xəbərlər
Son xəbərlər

24.03.2019

23.03.2019

22.03.2019

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az