“Müasir Nefrologiyanın aktual problemləri” elmi-praktik konfransı keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya Böyrək Gününə həsr olunmuş “Müasir Nefrologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, “Nefrologiyanın İnkişafına Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov açılış nitqi ilə çıxış edərək, bu tarixin bütün dünyada, o cümlədən Azərbaycan Tibb Universitetində də hər il qeyd edildiyini bildirib. Onun sözlərinə görə, 2006-cı ildən etibarən əksər ölkələrdə bu gün tədbirlər, konfranslar keçirilir və çox önəmli mövzuları əhatə edir.

Qeyd edək ki, tədbirdə, AR Səhiyyə Nazirliyinin Baş Nefroloqu, ATU-nun Terapevtik və Pediatrik Propedevtika kafedrasının professoru, TTK-nın Nefrologiya və Efferent Terapiya Mərkəzinin rəhbəri Professor M. Ağayev və M.Cavadzadə adına RKUX-un Hemodializ şöbəsinin müdiri, t.ü.f.d. F.Babayev “Azərbaycanda Böyrək əvəzedici terapiyanın 2018-ci il reqistri”, ATU-nun elmi işlər üzrə prorektoru, dosent R. Bəylərov, t.ü.f.d. Mədinə Hacıyeva “Uşaqlarda xronik qlomerulonefritin morfoloji xüsusiyyətləri”, -Ə.Əliyev ad. ADHTİ-nun Nefrologiya kafedrasının müdiri, professor Fuad Sərdarlı, dosent Bəxtiyarova L., ass.Həsənov M., ass.Gəncəliyeva Q. “Hamilə qadınlarda yumaqcıq filtrasiya sürətinin təyininin prioritet metodu”, Ə. Əliyev ad.ADHTİ-nin Hemodializ laboratoriyasının müdiri, professor, Həmidov İ.M., t.ü.f.d. Ağayev H.A. “Uzun müddət məcburi yataq rejimində olan xəstələrdə sidik turşusu, lipid, kalsium mübadilələrinin və parathormon səviyyəsinin tədqiqi”, Həziyev E.İ. “Onkoloji xəstəliklərin kimyəvi preparatlarla müalicəsi zamanı böyrəklərin zədələnməsi”, R.F. Heydərov adına DİN Hospitalının Hemodializ şöbəsinin müdiri, t.ü.f.d. Əhədov.... B “XX zamanı Hiperurikemiya Ürək-Damar ağırlaşmalarının risk faktoru kimi”, assisitent İsmayılova Ş.Q. “BXX zamanı C virusu Hepatitinin 2018-ci il KDİGO tövsiyələrinə əsasən müalicə prinsipləri”, Fərəcov E.İ. “Amiloid Nefropatiyası”, Əsgərli Ş.R., Həsənova L.Ə. “Hemoreologiyanın yaxşılaşdırılmasının böyrəklərin xronik xəstəliyinin konservativ müalicəsində rolu”, Nağdəliyev T.K. “Hemodializ xəstələrində arterial hipertenziyanın müalicəsi” assistent İbişova A.V. “Punksion böyrək biopsiyasında yetərlilik kriteriyalarının morfoloji meyarları”, Quluzadə X.M. “Autosom Dominant Böyrək Polikistozunun müalicəsinə yeni yanaşma”, Dos.Bəxtiyarova L.B., Prof. Sərdarlı F.Z., Həsənova M.Q., Sərdarova E.A. “Hepato-renal sindrom (kliniki müşahidə)”, Ənnağıyev Ə.Y., Cəlalov M.R. “Hemodializ müalicəsi alan xəstələrdə həyat keyfiyyətinin qiymətləndirilməsində Pittsburq yuxu keyfiyyət indeksinin təyini” mövzularında çıxışlar ediblər.

Çox oxunan xəbərlər
Son xəbərlər

24.03.2019

23.03.2019

22.03.2019

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az