BMU-beynəlxalq universitetlərlə əməkdaşlığını genişləndirir

Müasir elmi biliklərə yiyələnmiş akademik heyətə və innovativ maddi-texniki bazaya sahib olan Bakı Mühəndislik Universiteti əməkdaşlıq üçün xarici universitetlərin diqqətini cəlb edir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, BMU dünyanın bir sıra qabaqcıl universitetləri ilə uğurlu əməkdaşlıq edir. Bu günlərdə universitetlə əməkdaşlığa Gürcüstan Texniki Universiteti də qoşulub.

    Gürcüstan Texniki Universiteti rəhbərliyinin dəvəti ilə Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov Gürcüstanda olub. Rektor H. Məmmədov səfər zamanı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ilə birlikdə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.

        Sonra Gürcüstan Texniki Universitetində (GTU)  əməkdaşlıq müqaviləsi imzalanması məqsədilə geniş tədbir keçirilib. Tədbirdə GTU rektoru Arçil Pranqişvili çıxışında bildirib ki, bu gün Gürcüstan ilə Azərbaycan arasında münasibətlər digər sahələrlə yanaşı elm və təhsil sahəsində də uğurla inkişaf edir. Rektor rəhbərlik etdiyi universitetin BMU ilə əməkdaşlığının genişlənməsində maraqlı olduğunu vurğulayıb və bildirib ki, imzalanan memorandum əlaqələrin inkişafında mühüm rol oynayacaq.

    Professor Havar Məmmədov çıxışında Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin tarixinə nəzər salıb.  Azərbaycanın hər zaman dost gürcü xalqının yanında olduğunu, əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş dostluq siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən rektor, bu gün də ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib. Professor Azərbaycanda təhsilin inkişafı, bu sahəyə göstərilən dövlət qayğısı, BMU-nun fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib və GTU ilə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib.

Rəsmi çıxışlardan sonra BMU-nun rektoru, professor Havar Məmmədov və GTU-nun rektoru, akademik Arçil Pranqişvili əməkdaşlıq memorandumu imzalayıblar. Memoranduma əsasən iki universitet arasında kadr hazırlığı, müəllim və tələbə mübadiləsi, birgə elmi konfrans və dəyirmi masaların təşkili, elmi tədqiqatların aparılması və s. kimi məsələlər nəzərdə tutulur.

     Daha sonra Arçil Pranqişvili tədbir iştirakçılarını Gürcüstan Texniki Universitetin Elmi Şurasının qərarı ilə tanış edib. Bildirib ki, Elmi Şuranın qərarı ilə texnika elmləri doktoru, professor Havar Məmmədov Gürcüstan Texniki Universitetinin fəxri doktoru adına layiq görülüb. Havar Məmmədov bu fəxri ada uzun müddət apardığı elmi araşdırmaların uğurlu nəticələrinə, dünya elminə, eləcə də Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

   Tədbirdən sonra professor Havar Məmmədov GTU-nun maddi-texniki bazası ilə tanış olub, universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Azərbaycanlı tələbələrin qayğıları ilə maraqlanan rektor onlara tövsiyələrini də verib.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az