Universitetlər üçün ayrılmış yerlərin sayı açıqlandı

Azərbaycanın aparıcı ali təhsil müəssisələri üçün 2019-2020-ci tədris ili üçün ayrılmış proqnoz yerlərinin sayı açıqlanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev media nümayəndələri üçün təlimdə çıxışı zamanı deyib ki, ən çox yer Bakı Dövlət Universiteti üçün ayrılıb.

Universitetlər üçün proqnoz yerləri aşağıdakı kimidir:

- Bakı Dövlət Universitetinə 6320 (ötən il 5895)

- Azərbaycan Dövlət İqtisad Universitetinə 3728 (ötən il 3958 )

- Azərbaycan Dövlət Pedaqoji Universitetinə 3335 (ötən il 3005)

- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 3060 ( ötən il 2815)

- Azərbaycan Texniki Universitetinə 2070 ( ötən il 2110)

- Azərbaycan Dillər Universitetinə 1605 ( ötən il 1575)

- Bakı Slavyan Universitetinə 1110 ( ötən il 1085)

- Sumqayıt Dövlət Universitetinə 1850 ( ötən il 1770)

- Azərbaycan Tibb Universitetinə 775 ( ötən il 735)

- ADA Universitetinə 540 (ötən il 560)

- Xəzər Universitetinə 780 ( ötən il 765)

-Odlar Yurdu Universitetinə 960 ( ötən il 810)

- Azərbaycan Koorparasiya Universitetinə 1240 ( ötən il 1120) proqnoz yeri ayrılıb.

Qeyd edək ki, ötən il 45 599 nəfərlik yer ayrılmışdısa, builki qəbul planında 48 506 nəfərlik yer ayrılıb. Ötən ilə nisbətən bu il ali təhsil müəssisələrinə qəbul planında 6,4 % artım nəzərdə tutulub. Həmçinin ötən ilə nisbətən dövlət sifarişi bu il 66,1 % artıb. Yeni qəbul planında dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 8150 yer artıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az