Vətəndaşlarla iş bölməsinə 18 866 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə  18 866   müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 15 723 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3143 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat və Vətəndaşların Qəbulu mərkəzlərinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1710  ( 864 ərizə, 846 məktub) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox birinci siniflərə qəbul, müəllimlərin yerdəyişməsi, işə qəbulu və digər bu kimi məsələləri əhatə edib. 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az