İslam aləminin Ay müəmması - Ramazan bayramı nə vaxtdır?

Sabah Azərbaycanda və İranda Ramazan bayramıdır. Lakin Türkiyədə də başda olmaqla, digər müsəlman dövlətlər artıq bugündən etibarən orucluğu bitirib, Ramazan bayramını qeyd edir. Sünni məzhəbinə inananlar oruc tutmağa da şiələrdən bir gün öncə başlayırlar. Bəs, illərdir, müsəlmanlar arasında yaşanan bu anlaşmazlığın səbəbi nədir?

Bakupost.az-ın məlumatına görə, bu sualın cavabı barədə tanınmış politoloq Fərhad Mehdiyev yazıb.

Politoloqun sözlərinə görə, islam aləmində orucluğun başlanmasının və bitməsinin ikili sistemi var və heç vaxt müsəlmanlar eyni gündə oruc tutub, eyni gündə bayram etməyəcək.

F.Mehdiyev bunun səbəbini belə izah edir: "Hədisdə deyilir ki, ayı görəndə oruc tutun, ayı görəndə orucu buraxın. Müsəlmanların bir qismi hədisin zahirinə görə hərəkət edir - ayın görülməsi məsələsinə görə. İran da bu qəbildəndir.

Müsəlmanların digər hissəsi isə hədisin verdiyi mənaya görə hərəkət edir. Düşünürlər ki, əsas olan Ramazan ayında orucun tutulmasıdır. Peyğəmbər zamanında ayın başlandığını ancaq görmək ilə bilirdilər. İndi teleskop da var, gözlə görülməsə də, teleskopla görə bilirsiniz ki, ayın fazası dolub, ya yox. Bu səbəblə onlar bir gün əvvəl tutub, bir gün əvvəl buraxırlar".

F.Mehdiyevin yazıb ki, əgər orucu ayın görülməsinə görə başlayıb, ona görə buraxırsınızsa, iyunun 4-ü üçün Məkkədə Qəməri (Ay) normal saatında, 20.07 kimi görəcəklər, o da sadəcə 1% görülə biləcək.

Yox əgər orucu ayın görünməsinə görə deyil, təqvimi olaraq yeni qəməri ayın başlanmasına görə tutursunuzsa, o zaman iyunun 3-ü artıq yeni qəməri ay başlayıb, ancaq yeni qəmərin çılpaq gözlə görülməsi ayın 4-ü olacaq.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az