İmtahan vermədən Ali məktəblərə qəbul olunacaq kollec məzunları üçün ixtisasların siyahısı hazırdır

“İmtahan vermədən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən kollec məzunları üçün əsas şərtlərdən biri, məhz ixtisas uyğunluğudur. Onlar hansı ixtisas üzrə kollecdə təhsil alıblarsa, həmin ixtisasa uyğun imtahan vermədən ali təhsil üçün müraciət edə biləcəklər”.

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

O bildirib ki, uyğun ixtisasların siyahısı Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilib: “Həmin məzunlar üçün ixtisas uyğunluğu müəyyənləşdirilərkən bir ixtisas deyil, ixtisaslar qrupu müəyyənləşdirilib ki, onların seçim imkanları daha çox olsun. Həmin ixtisasların siyahısı razılaşdırılması üçün Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim edilib. Müvafiq qaydada razılaşdırıldıqdan sonra, Dövlət İmtahan Mərkəzi tərəfindən həmin ixtisasların siyahısı xüsusi jurnalda çap ediləcək”.

F. Qədirov qeyd edib ki, ixtisas seçiminə iyul ayından gec olmayaraq, başlanılacaq: “Bildiyiniz kimi, ümumi qaydada abituriyentlər daha əvvəl qeydiyyatdan keçirlər və imtahanlarda iştirak edirlər. Ancaq kollec məzunları, digər abituriyentlərlə bərabər, birbaşa ixtisas seçimi prosesində iştirak edəcəklər və həmin vaxt ixtisaslarını seçərək elektron qeydiyyatdan keçəcəklər”.

Xatırladaq ki, yeni qaydalara əsasən, kollec məzunları ali təhsil müəssisələrinə imtahansız qəbul ola biləcəklər. Apa

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az