Bakı-Quba yolu bərbad vəziyyətdə - Video

Bakı-Quba yolu bərbad vəziyyətə düşüb.

Sürətli avtomobil yolunun bir neçə kilometrlik hissəsində böyük çuxurlar əmələ gəlib. Yolun paytaxta gəliş hissəsinin hazırki vəziyyəti sözün əsl mənasında ürək ağrıdır. Problem özünü Siyəzən rayonundan başlayaraq, Xızının Giləzi qəsəbəsinə qədər olan hissədə daha çox göstərir.

Yolun hazırki vəziyyəti sürücülər üçün təhlükə yaradır. Çəkiliş zamanı yola görə bir neçə iritonnajlı avtomaşınlarda texniki nasazlıq yarandığını müşahidə etdik. Üstəlik, sürücülərin əksəriyyəti yolda tez-tez zolaq dəyişdirməyə məcbur qalırlar. Çuxura düşməmək üçün edilən ani manevrlər isə magistral yolda qəza riskini artırır.

Yolun hazırki vəziyyətinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi münasibət bildirib. Qurumun sözçüsü Anar Nəcəfli deyir ki, yol çəkilən zaman tikinti işləri aparan podradçı şirkətlərin işinə nəzarət olunmayıb. Bu səbəbdən yolda konstruktiv səhvlərə yol verilib. Yolda qrunt sularının ötürülməsi üçün drenaj sistemi pis qurulub və yaxud bəzi hissələrdə ümumiyyətlə bu sistem yaradılmayıb. Yolun dağılmasının digər bir səbəbi həddindən artıq yüklənən avtomobillərin həmin yoldan hərəkət etməsidir.

Anar Nəcəflinin sözlərinə görə, yolun deformasiyaya uğrayan hissələrində təmir işlərinə start verilib.

Təmir işləri mütəmadi olaraq bütün dağılmış hissələrdə aparılacaq.

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

25.06.2019

24.06.2019

23.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az