Sabah respublikamızın ərazisində 33-37 dərəcə isti gözlənilir

Sabah respublikamızın ərazisində 33-37 dərəcə isti gözlənilir.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

İyunun 12-də hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 30-34,  Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyunun 12-də hava əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 31-37, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Çox oxunan xəbərlər
Son xəbərlər

25.06.2019

24.06.2019

23.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az