Təhsil naziri Zaqatalada vətəndaşları qəbul edib

Təhsil naziri Mikayıl Cabbarov Zaqatala şəhərində vətəndaşların qəbulunu keçirib.

Apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinləri və həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Vətəndaşlar müəllimlərin yerdəyişməsi və işə qəbulu, tələbə köçürülməsi, işə bərpa olunma, yeni məktəb tikintisi  və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

14.12.2017

13.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az