İzzət Bağırov: “1993-cü ildə AzTV-də məni televiziyaya buraxmadılar ki, get saqqalını qırx, gəl”

"Yeganə müğənniyəm ki, əvvəlki fanatlarım qalıb"

- Özünüz haqqında məlumat verərdiniz.

- 1976-cı ildə anadan olmuşam. Əslim Balaxanlıdı. Bülbül adına orta ixtisas məktəbinin İncəsənətin Musiqi Komediya fakultəsini bitirmişəm. İyirmi iki ildir professional səhnədəyəm.

- Necə oldu ki, bu sənətə gəldin?
- III sinifdə oxuyanda valideynlərim məni Razindəki 4 nömrəli Musiqi Məktəbinin Tar sinifinə qoymuşdular. Məni evdən məcburi qoymuşdular musiqi məktəbinə, əvvəl gündən zəhləm gedirdi musiqidən. Ürəyimcə olan bir sənət deyildi. Oranı bitirdikdən sonra, Bülbül adına Orta İxtisas Məktəbinin Tar sinifinə daxil oldum. Sonra o vaxtı «7-17» Dövlət müsabiqəsində iştirak etdim. Malik o vaxtı istedadlı uşaqları yığırdı. Elə oldu ki, həmin vaxtlarda Vüqar Camalzadə yeni qrup yaratmışdı - «Vətən» qrupu. Biz də həmin müsabiqədə Vüqar Camalzadənin rəhbərliyi altında  «Vətən» qrupu olaraq iştirak etdik. Mənim ilk addımlarım oradan başladı. Axı həmin qrupda oxuyurdum. Bir müddət keçəndən sonra qrupdan ayrıldım. Solo oxumağa başladım. İlk ifa etdiyim mahnılar da Vüqar Camalzadənin idi. Sonra I, II, III turlarda türk mahnıları ilə yarım finala keçdim. Axırda da «7-17» müsabiqəsinin qalibi oldum. Hamı bilir ki, o vaxtı mənim həyatımda böyük çevriliş oldu - mən bir gecədə populyar oldum. Sonralar tardan uzaqlaşdım. Amma Bülbül adına İxtisas Məktəbini iki dənə diplomla bitirdim. IX sinifdə oxuya-oxuya həm də keçdim Əlibaba müəllimin sinfinə. Getdikcə  marağım çox artırdı, çünki 14-15 yaşım var idi.  İnanın, bu günkü gündə oxumağa o qədər ciddi yanaşmıram, zəhləm gedir bu sənətdən. Konkret qarşıma məqsəd qoymamışdım ki, mən oxumalıyam.

- Səbəb nədir ki, bu sənətdən zəhlən gedir? Bəlkə İzzətdə ulduzluq sindromu var idi?

- 1995-ci ildən populyarlaşdım. 16-17-18 yaşında ətrafımda nə qədər adamlar, konsertlər, tədbirlər, fanatlar var idi. Dəhşət idi. Amma yenə də məndə ulduzluq sindromu yox idi. Mənə xoş idi ki, hamı mənə yaxınlaşır, avtoqraf alır, şəkil çəkdirirdilər. O vaxtı nə qədər olmasa da uşaq idim. 

- Səmimi ol, əvvəlki dövrdə fanatların çox idi, yoxsa indi çoxdu fanatların?

- Yeganə müğənniyəm ki, əvvəlki fanatlarım qalıb. Üç-dörd ildi ki, konsert eləmirəm. Əvvəllər ildə iki dənə konsert edirdim. Onda çox rahat idi konsert vermək. Özüm edirdim konsertlərimi, heç bir idarənin loqini olmurdu mənim konsertlərimdə. İkinci də, müğənniyə sponsor tərəfindən əgər təklif olunarsa, gəl konsertini təşkil edim, təbii ki, həmin yığılan pulu sonda sponsor özü götürəcək. Mənə lazım deyil ki, durub sponsor axtarım,  konsert edim. Mən sponsora görə konsertlərimi saxlamamışam, öz gücüm də var ki, konsertimi təşkil edim.

- Bəs səbəb nədir konsertlər vermirsən?

- Açıq danışacam, səbəb arendaların baha olmasıdır. Sarayda 15 min manatdı. Gör neçə dəfə artıb. Ən axırınca konsertim sarayda olanda 3 min manat idi arenda. İndi üç-dörd qat qalxıb arenda, ona görə mənim problemim yalnız saraylarda arendanın qalxmasıdır.  Ona görə də üç-dörd ildi konsert verə bilmirəm.

- İyirmi iki ildi səhnədə olan İzzət Bağırova ad verilməməsi səncə gecikmirmi?

- Bu barədə heç vaxt fikirləşməmişəm. Çünki, bu sualı mənə çox verirlər. İnşaallah qismət olsa, verərlər. Allah canlarını sağ eləsin.

- Məndə olan məlumata görə İzzətin ən yaxın dostları Hacıdır? Niyə?

- Mənim bu günkü günü Azərbaycanda10 mindən çox tanıdığım insanlar var. Məclislərdə, tədbirlərdə iştirak etmişəm. Bu gün dostluq etdiyim konkret insanlar yoxdur ki, gedim onlarla çay içim. Mənim dostlarımın 99 faizi Hacılardı. İyirmi dörd ildi namaz qılıram, ibadətdəyəm. Dəfələrlə Həcc ziyarətində, Məşəddə olmuşam. İyirmi dörd ildi oruc tutub, ehsanlar verirəm. Çox vaxt da Cümə məscidində namaz qılıram. Dinlə məşğul oluram. Demək olar ki, hər gün evimdən çıxıb gedirəm Cümə məscidinə gedirəm, səhərə qədər namaz qılıram. Peyğəmbərimizdən bir hədis var ki: «Evdə qılınan namazın savabından məsciddə qılınan namazın 100 faiz savabı çoxdur». Bu illərdi mənim beynimə belə həkk olunub. Bekar olanda gedib otururam Cümə məscidində. Mənimlə bir Həcdə olan Həci Surxayla çox vaxt həmsöhbət oluram. Yaxın dostumdu. Dini baxımdan bir çox məsələlərlə bağlı söhbət edirik.

- İzzətin internetdən istifadə etməməyinin  səbəbi nədir?
- Mənim evimdə inanın, internet yoxdur. Feyzbukda mənim adıma səhvə açan bir oğlan var. Bilmirəm ki, kimdir. Dostlarım da çox vaxt mənə zəng edir, deyir niyə cavab vermirsən. Çox qəribədir ki, harada oluram, bu insan xəbər verir. Kimsə ona yazanda cavab vermir. Mən onsuz da onu axtarıb tapacam. Hansısa axmaqdı, oturub adımdan şəkillərimi paylaşır.

- Sizi ən çox nə narahat edir?

- Bir də görürsən ki, sual verirlər ki, efirlərdə niyə görsənmirsən? Bu sualı verəndə çox əsəbləşirəm. Həftədə üç dəfə efirdə oluram. Bütün kanallarla da münasibətim yaxşıdı. Demək olar ki, müğəninlər arasında ən çox görünən müğənni mənəm efirdə. Amma niyə efirlərə baxmırlar, özüm də cavab tapa bilmirəm. Bilirəm ki, hamı internetdən istifadə edir, efirlərə baxmırlar. Şou proqramma gedirəm görürəm ki, hamının əlində telefon, 100 faiz əmin oluram ki, internetə baxış edirlər. Ad çəkməyəcəm, bir dostum var, ailəlidir. Məclisinə məni dəvət etdi. Məclisdə də ağsaqqallar, bacılar, analar oturub. Məclisdə də beş-altı qız oturub, yarım saat onlara fikir verdim, başların salıb aşağı internetdə kimnənsə çatlaşırlar. Fikir vermirlər ki, hansı müğənin gəldi, oxudu, getdi. Bu bir bəladır internet. Virus kimi insanın qəlbinə oturub.  Mən ümumiyyətlə, məclislərə çox vaxt getmirəm, anamı göndərirəm. Qohumlar da bilir. Çünki özüm də bu sahəyə yaxın olduğuma görə bezirəm. Toyların özündə də bir də görürsən ki, hərə bir telefon alıb əlinə, internetdədir. Artıq ifrat dərəcədə olub. belələrin görəndə məni allergiya tutur. Baxırsan ki, insanlar avtobusda, taksidə, metroda  əllərindən telefon düşmür. Mən şəxsən, elə bir telefon işlədirəm ki, orada heç internet yoxdur. Uzağam internetdən. Dəhşətli haldı vallah. Mən adi mahnı yazdıranda da, gedib oxuyuram, sidi-diskə atıb, maşında qulaq asıram. Əgər hardasa bir səhv olarsa, gedib yenidən onu ifa edirəm. Heç vaxt da marqlanmıram ki, internetdə mahnılarım var, yoxdu, kim nə yazır. Mən maşında da çox vaxt hədislərə qulaq asıram. Bir də İbrahimə qulaq asıram. O da hərdənbir. Ən çox demək olar ki, qulaq asıram, axundların moizələrinə, «Quran»ın ayələrinə. Heç bir gənc ifaçıların mahnılarını dinləmirəm. Baxma ki, hamısı ilə münasibətim yaxşı olsa da. 

- Toy bazarında yerin bilinir?

- Maşallah, hər həftə toydayam. Real qiymətim yoxdur, deyim ki, 5 minə, 10 minə gedirəm. Məni toya aparan əsasən Həci dostlarım, qardaşlarımdı. Ailə var ki, beşinci toyun aparıram, elələri var ki, otuzuncu toylarında iştirak edirəm. Mən onlara necə qiymət deyim. Əgər məni ailəlikcə sevirlərsə, nə verirlərsə ona da qane oluram.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Haqsızlıq. Bir də görürsən ki, elə bir yerdə sənin haqqında söz danışırlar iki nəfər. Sübut etmək üçün and içirlər. Elə olur ki, mənə zəng gəlir, dostlarıma deyirəm ki, siz nə danışırsınız, mən həmin yerdə olmamışam. Amma görürsən ki, billə-bilə Allahlarından qorxmurlar, deyirlər ki, İzzət filan yerdədir. Əsasən mən qastrol səfərlərində çox oluram. Həftələrlə olur Moskvada, Türkiyədə səfərlərdə oluram. Sağ olsunlar, sayıb çağırırlar. Çalışıram gedəm. Amma Bakıda isə məclislərə anamı göndərirəm. Çünki 10 dəqiqədən artıq otura bilmirəm.

- Geyim tərzinizə niyə dəyişiklik etmirsiniz?

- Mən cırıq şalvar, şortik, saqqalıma şıram qoymalıyam ki, bu imicdi. Əsil Azərbaycan kişisi kimi geyinirəm. Hər kəs geyiminə görə, öz hərəkətlərinə görə cavab verəcək. Heç kimin haqqında danışa bilmərəm ki, niyə o elə geyindi. İslami tərəfdən yanaşıram. Qələt edərəm kiminsə haqıqnda fikir söyləyəm. Hər kəsən özü üçündür. Ürəyiniz müğənnidən soruşa bilərsiniz, İzzət kimin haqqında danışıb indiyə kimi. Şou-biznesdə hamı məni Həci kimi çağırır. Çox xoşbəxtəm ki, Həcə gedib gələndən sonra toylarda həmkarlarım Həci deyə mənə müraciət edirlər. Öz adımla çağırmırlar. Mən şou-biznesdə Vasif Məhərrəmli ilə çox vaxt dərdləşirik. Arada o, gəlir Cümə məscidinə, oturub danışırıq. Çox dindar adamdı. Ədalətlə, Nadirlə, Elarizlə, Rüfətlə yaxın dostam. Oturub dərdləşirəm. Mən yoxsa, cırıq şalvar, şortik dalıyca qaçmalıyam. Əsil mənim geyim tərzim hər Azərbaycan oğlunun geyim tərzidir.

- Dalınca atılan daşlardan topuğunuza dəyən olubmu?

- Kimin sözü varsa, üzümə desin. Hamısının da bu sənətdə hörmətini saxlayıram. Hörmətimi də gətirsinlər. Dünya şöhrətli Maykl Ceksonun da, İbrahimin də sevməyənləri var. Ona görə kim nə danışır Allaha tapşırıram.

- Bu nədərəcədə doğrudur? İzzət, ilk dəfə səhnəyə saqqalı sən gətirmisən?

- Bir çox həmkarlarım deyir ki, mən gətirmişəm saqqalı səhnəyə. Mən efirə çıxanda heç kim saqqallı çıxmırdı. Kim deyir məndən qabaq gətirib, yalan deyir. 1993-cü ildə AzTV-də bir hadisə oldu: məni dövlət televiziyasına buraxmadılar ki, get saqqalını qırx, gəl. Mən də dedim ki, belə buraxarsanazsa, buraxın, buraxmırsınızsa, mən də çıxmıram. O imiclə də səhnədə ilk mən tutuzdurdum. Heç vaxt üzümə ülgüc dəyməyib. Həftədə üç-dörd dəfə bərbərim gəlib düzəldir.

- Hazırda nə yeniliyin var?

- Konkret bir bəstəkarla işləmirəm. Hacı Nazimlə, Rəşad Bağırovla, Gövhər xanımla işləiyrəm.

- İzzət mahnılara nə qədər pul ödəyir?
- İnanın, pulsuz verirlər mənə. Gövhər Həsənzadədən bir mahnı oxuyacam, onu təmənnasız verib. «Yar, aman yar» mahnısını da oxudum. Sonra Türkiyədən bir müğənniyə hədiyyə etmişdi. Əgər həmin o mahnını pulla alsaydım, yığıb deyərdim: «Gövhər xanım, pul vermişəm, niyə mənim mahnımı kiməsə vermisən?» Çünki o, mahnını pulsuz verdiyinə görə mən heç nə demədim. Həci Nazimlə də aramızda pul söhbəti yoxdu, yalnız aranjimanın pulunu ödəyirəm. Olur ki, başqa bəstəkarlardan pul verib mahnı alıram. Nadir Əzimovdan da oxumuşam, elə yalnıhz aranjimanın pulunu alıb. Elə mahnım olmayıb ki, 1000 manatdan - 15000 manatdan artıq pul xərcləyim. O, da ki, 1000 manat - 1500 manat aralarında nəfəs alətlərinə, canlı alətlərə xərclənib. Gövhər xanım həmişə pulsuz mahnı verib mənə. Nazim elə olub iki mahnını pulla verəndə, ikisini pulsuz verib. Nadir Əzimov birin pulla verib, birini pulsuz.

- Qısqancsınızmı?

- Baxır nəyə? Ailədə olur qısqanclıq. Qaldı sənət adamlarına, yaxud onların mahnılarına qarşı heç vaxt qısqanc olmamışam. Məsələn, Nadirin "Maral" mahnısı tutdu, düzdü. Bu onun ruzusudur, ona nəyə görə qısqanclıq, paxıllıq edim.

- İlk məhəbbətin olub?

- III-IV sinifdə heç kimi sevməmişəm. Bülbül adına Orta ixtisas Məktəbində oxuyanda ola bilər ki, kimsə xoşuma gəlsin. Elə bir qız-oğlan yoxdur ki, məktəb illərində kimdənsə xoşu gəlməsin. Ya qismət olur, ya olmur. Baxın, mənim anamla atam məktəb illərində bir parta da oturublar, bir sinifdə oxuyublar, məktəbi bitirəndən sonra da evləniblər.

- Gözünün günahı çox olub, yoxsa dilinin?
- İnsan gözünü zinadan, haramdan qorumalıdır. Mən belə düşünürəm ki, namaz qılan insan, dindar insan haramdan qaçmalıdır. Çalışdığım qədər haram şeylərdənqaçmışam. Bir də ki, mən əsəbi insanam, çox, çox da kövrək. İnanın, kiminsə xətrinə dəyəndə də çalışıram ki, elə bir  hərəkət edim, yaxşılıq edim. O, onu unutsun, çünki ölüyümdə utanıb, xəcalət çəkirəm. Çalışıram ki, həmişə hamıya yaxşılıq edim.

- Sevmək çətindir, yoxsa sevilmək?
- Mənim fikrimcə hər ikisi çətindir. Günün bu günü məni 50 nəfər sevirsə, 150 nəfər sevmir. Sevmək çox çətin şeydir. İkisinin də yükü ağırdır, hər insan o yükün altına girə bilməz.

- Ürəkdən haçan ağlamısan?

- Çox vaxtlar ağlayıram. Çox kövrək adamam. Efirdə kiminsə həyatına baxanda ağlayıram. Ümumiyyətlə, dəfn mərasimlərinə getmirəm. Gedəndə də çalışıram, üçündən sonra hansısa cüməsinə gedirəm. Özümü çox pis hiss edirəm. Uşaq evlərinə gedəndə dəli oluram, başım xarab olur, özümü saxlaya bilmirəm. Bir dəfə anamla yığışdıq Uşaq evinə gedək. Neçə saylıdı deməyəcəm tez-tez gedirikora. Uşaq evinə bir gün anamı göndərdim, dedim direktordan maraqlan ki, hansı uşaq sünnət olmayıb, mə nonu sünnət etdirmək istəyirəm. Anam da gedib gələndən sonra mənə zəng eləyib dedi. Biz anam ayrı-ayrıevlərdə yaşayırıq. Demək olar ki, hər gün zəngləşib maraqlanıram. Zəng edib dedi ki, 8 nəfər sünnət olmalıdı. Hətta birinin 14 yaşı var idi,. Anam bunlar üçün qırmızı köynək də aldı. Düzü, müğənnilərin heç birinə ağız açmadım. Bir də görürsən ki, biri gəlir, biri gəlmir. Öz ansamblımı yığıb gedib toylarını təşkil etdim. Bütün nemətlərdən ibarət stol açdırdım. Uşaqları iki gün qabaq süttən elətdirdim ki, öz toylarında iştirak etsinlər. Hətta video-kamera da gətizdirib, toyu onlara görə çəkdirdim ki, onlar üçün yadigar qalsın. Hansısa efirə görə elətdirmədim. Səkkiz disk çıxartdırıb uşaqlara hədiyyə etdim. Qoy gbrsünlər ki, bunların toyu olub. toy başlayan vaxtı bir hadisə oldu, balaca uşaqların 2-3 yaşı var idi. Müəllimləri onların əlindən tutub gətirəndə birdən gözüm bir uşağa sataşdı. Balaca, körpə idi, əl boyda, cılız uşaq idi. O, uşaq gözümün qabağından getmirdi. Uşaq da diqqətlə mənə baxırdı. Uşaqlardan ayrılıb, qaçıb gəlib oturdu qucağımda. İnanın, danışıram, tüklərim biz-biz olur. Başını sinə mə qoydu. Bzümü saxlaya bilmədim. Bir də gördüm ki, pəncərədən bir qız boylanır. Müğənnilərə dedim ki, hanıs müəlimədi. Dedilər ki, uşağın anasıdı. Bəs gəlib uşağına dəyməyə. Dəli oldum. Dedim, gedin deyin ona, rədd olsun getsin burdan. Baxdım gördüm cins şalvar geyinib gəlib. Heç utanıb ölmürsən, sən harda qalırsan ki, bu uşağa bir qarın yemək verib saxlaya bilməzsən özünlə? Əgər o, qalxıb getməsəydi, bəlkə də ağzımdan çıxan naoayiq söyüşləri deyəcəkdim o qıza. Ondan sonra anam gedir, mən gedə bilmirəm.

- Kumirin kimdir?

- Həmişə İbrahim olub, olacaq da.

- Mənfi və müsbət cəhətlərin hansılardır?

- Müsbət cəhətim hamıya əl tuturam. Mənfi cəhətim çox əsəbiyəm. O da ki, mənim başıma həmişə bəla olur. Düzdü, peşman oluram ki, səbirsizəm.

- Nankorluq görmüsən?

- O qədər görmüşəm. Bu qədər haqsızlıq olar? Kiməsə çörək verirsən, sonra təpi atırlar sənə. Danışsam ayıb olar. Kanalın adını çəkməyəcəm. Altı il mənə qadağa qoyulub. Düz altı il mənə niyə qadağa qoyublar, bilmirəm. Sonrasa özləri zəng edib, çağırıb gedim. Demişəm ki, neyləmişəm ki. Mənə qadağa qoymusunuz. Deyir anlaşılmazlıq olub. çox dərin ə getmə. Elə bil ki, hansısa dustağı nahaq yerə tutub, sonra da buraxıblar. Bilmədim ki, niyə elə ediblər.

- Qadın gözəlliyi nə deməkdir?
- Belə bir misaol var ki qadının ürəyi də, özü də gözəl olmalıdır. Çətindir bu sual mənə. Qadın gözəl olmalıdır, özünə baxmalıdır. Hərdən deyirlər ki, kimsə gedib burun əməliyyatı elətdirib, deyirəm ki, yaxşı edib. Mömin uşaqlar deyir ki, mənə İslami cəhətdən olmaz. Mən də deyirəm ki, burada İslamdan söz getmir, bunun burnu eybəcərdi, utanır. Kompleksə salır. İndii əməliyyatlar var, müasir üsullarla elətdirirlər. Əgər mənim burnum da eybəcər olarsa gedib əməliyyat elətdirərəm. Saç əkdirirlər, əcəb edirlər, keçəl gəzməyəcək. Mən yaxşı baxıram.

- Şou-biznesdə sponsorsuz irəliləmək olur?
- Əgər hər hansı bir xanım çıxıb efirdə deyirsə sponsorsuz irəli gedə bilmirəm, bu kişilər nə etməlidir? Mən 20 ildi əziyyət çəkmişəm, maşınım da var, evim də. 20 ildi toylara gedirəm, başqa qazanc yerim yoxdu axı. Elə biri var ki, efirə çıxmaq üçün maliyyə tələb olunur, o başqa, tanınmaq üçün. Şəxsən mənim ATV kanalında, bütün kanallarda kilipimdə, çıxışlarım da həmişə pulsuz olub, heç bir efirə pul verməmişəm. Yalandan da deyə bilmərəm. Bütün kanallardan zənglər olur, heç kim pul istəmir. Radiolarda havayı gedib maşhnılarım. Dövlət televiziyasından oxuya-oxuya gəlmişəm. Heç kim də pul istəməyib. Amma konsert edirsənsə, bu başqa məsələ. Operatorlara, tərtibata pul lazımdır. Klipin çəkilişinə onu verməlisən. Gündəmdə qalmaq üçün də ildə iki mahnı ifa etmək lazımdır. Klip çəkilməlidir. 40-dan çox klipim var. Axırıncı klipim «Yağış yağır, sevgilim» klipi oldu. 6 ton su sərf oldu klipdə. Məmmədbağırın repertuarından yeni mahnı ifa etmişəm, Türkiyədə oranjiman olub.

- Nədən qorxursan?

- Allahın qəzəbindən qorxuram.

- Həyat sənin üçün ən rəngdədir?
- Mənim üçün ağ-qara rəngdədir. Şəxsən gecələr mən yatmıram. Ümumiyyətlə, saat 3.00-da müsahibə verirəm sənə. Səninlə danışıb qurtarandan sonra səhərə kimi namaz qılacam, yorulana kimi gecəni, sevirəm. Səhər də Süb namazına dururam. Üzümə ki, soyuq su vururam, ayılıram. Müğənni var ki, o mənə lazım olub, zəng vurmuşam, saat 4-də yuxudan dürüb zəng edir ki, qaqaş zəng vurmusan mənə.

- Gəncsiniz, bu günkü şou-biznesdə baş verən hansı hadisədən utanırsan?

- Görürsən müğənni olmaq istəyirlər, kiməsə söz atıb gündəmə gəlmək istəiyrlər. Belələrin görəndə utanıram. Mən də müsabiqədə iştirak eimişəm. İbrahimin mahnısını ifa etdim, telefilmin rəhbəri Nazim Abbasa Allah rəhmət eləsin, zəng elədi mənə evə, onda mobilni yox idi. Özüm də Günəşlidə qalırdım. Dedi teleteatrı gələ bilərsən. Dedim hə. Dürüb avtobusa mindim, «Xalqlar dostluğu» metrosunda düşdüm. Sonra metroya minib «İçəri şəhər»də çıxdım. Avtobusa minib təzədən teleteatrı gəldim. Üç marşurut dəyişdim. Əziyyətli idi. Belə çətinliklər çəkmişəm vaxtında. Nazim Abbas da mənə Tatlısəs deyirdi. Dedi ki, bax bu siyirməni görürsən, bütün məktublar sənə gəlib bir gündə. 700 məktub gəlmişdi. 4-5 il bundan qabaq yandırdım. Onun 600-ü qızlardan idi. Ən cavan Məmmədbağır Bağırzadə İslam Rzayev, hər ikisinə Allah rəhmət eləsin, Habil Əliyev, Əlibaba ===, Arif Babayev. İndii hansısa yarışmada udmağa nə var ki, hansısa dost-tanışa deyin, götür alıb yükləsin, olun qalib. Bu günlər müsabiqədə qalib olur ki, səhər görürsən yoxdur səhnədə. Əziyyət çək, sonra efirdən uzaqlaş. Bir də görürsən ki, yaşlı müğəninləri görəndə elə ədəb-ərkanla qarşılayıram ki, görsünlər ki, necə hörmət edirəm. Amma bəziləri var ki, indi gələnlərdən mən görmürəm. Elə olub ki, hədiyyə kimi getmişəm toya, toyda oxuyan gənc müğənnidi. Bir saat mikrafonu verməyib, üzümə də baxmayıb. Axı niyə vermirsən oxuyum? Çönüb baxmayıb. Bizdəki musiqiçilərin çox murdar, tərbiyəsiz xarakteri var. Öz muzukantlarıma da şamil edirm. Hər bir müğənninin oxuduğu şah əsəri var.  Kimsə gəlib disklə oxuduqda gedib həmişə  gedib foyedə otururlar. Ay rəhmətliyin oğlu sənə pul verrilər ki, otur səhnədə. Bir də görürsən ki, hərəsin bir dərədən axtarırsan. Mən şəxsən qoymuram ansamblım dursun, icazə vermirəm. Bu çox tərbiyəsizlikdi. Hansısa müğənni toya gələndə çıxma çölə. Olub səsimi alıblar, efirlərdən burublar. Şükür, indiyə kimi toyda dava düşməyib. Olub ki, pulum sabaha qalıb, səhər də görüşüb, pulu gətirib, üzr istəyib. Çox vaxtlar toyda gəlib yaxınlaşıb deyir ki, 4 min, 5 minə mahnı oxuyuram. Olur ki, el  mahnı olub oxuya bilməmişəm. Hansısa ucqar kənddən gəlib deyir ki, Baloğlanın 3 diskindən A bəndində olan mahnısını ifa elə. O qədər qulaq asıb ki, elə bilir ki, sən də bilirsən onu. Mən də deyirəm mahnının adını de. Gülməli şey çox olur.

- Şou-biznesin qanunun kim yazır?

- Üzeyir Hacıbəyov, Qara Qarayev yazıb. Fikrət Əmirov, Cahangir Zeynalov yazıb. Musiqinin bünövrəsin onlar yaradıb. Onlar heç vaxt deməyiblər ki, biz dahiyik. Rəşid Behbudov, Mirzə Babayev kimi korifeylərimizin necə əsərləri, mahnıları olub. hamı bilir ki, Mirzə Babayevdən ötrü ürəiym gedirdi. O, görüb ki, məndən avtoqraf alır, məni qovub efirdən. ??? Yaşlı insan olub. yenə onun filmilərdəki mahnlarına qulaq asıram. İnsan var ki, açarı öz əlində görür.???? Kim necə istəyir.

- Nəyə heyfsilənirsən?

- Çox şeyə heyifsilənirəm. Bu sənətə gəlməyimdən çox peşmanam. Flora Kərimova bir dəfə bir söz dedi. Kimsə bir qızın haqqında söz atmışdı. Flora xanım dedi ki, bu sənətdə çıxıb oxuyursa, demək onun da fanatı var.

- Fanatlarınla şəkil çəkdirirsən?
- Dəniz kənarında dostlarımla dincəlməyə getmişdim. Bir qız çimərlik paltarında yaxınlaşdı ki, gəl şəkil çəkdirək. Mən də dedim ki, mən səhnədə şəkil çəkdirirəm. Belə vəziyyətdə şəkil çəkdirsəm dostlarım mənə nə deyər. Bir dəfə də mağazada bir qız mənə yaxınlaşdı, gəl şəkil çəkdirək. Razı olmadım. Deyiblər, bunun forsuna bax, nə yekəxanadı.

- Allah səni sınağa çəkib?
- Maşın qəzasına düşmüşəm səkkiz il bundan qabaq. Üç il yatdım. Üç aydan sonra ayağım gipsdən açıldı. Toya gəldim yarım saatlıq, ayağım sürüşdü, yıxıldım. Təzədən yenə həmin yer sındı. Şoka düşdüm. Bir də gördüm ki, Travmatologiya xəstəxanasındayam. Əməliyyat etdilər. Bir ay ərzində sağaldım. Yanıma çox adam gəlirdi. Orucluqda orada idim. Gündüzlər qoymurdum iynə vurmağa, axşamlar vururdular.

- Uşaq vaxtı səni necə çağırırdılar?

- Məni yeganə olaraq ATV kanalındakı Afaq «İzak» deyə çağırıb. Ayrı heç bir ləqəbim olmayıb. 

 

Şəlalə NƏRİMAN.

                       

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az