FƏXRİYYƏ LİLPAR İSAYEVA : “Zövqlü danışan zövqsüz geyinə bilməz”

ATV 106. 3 FM RADİOSUNUN “ZƏRİF BƏND” VERİLİŞİNİN APARICISI İLƏ SƏMİMİ SÖHBƏT

 Özünüz haqda geniş məlumat verərdiniz.

- Mən İsayeva Fəxriyyə Fəxrəddin qızı Bakıda anadan olmuşam. Ailənin ilk övladıyam. Məndə incəsənətə meyl uşaqlıqdan var. Hətta anadan olandan. Orta məktəbdən demək olar ki, bütün tədbirlərin aparıcısı, ictimai fəaliyyətdə fəal lider idim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr və magistr təhsili almışam. Dövrü mətbuatda bir sıra məqalələrlə çıxış etmişəm və etməkdəyəm. 2005-ci ildən İTV-də, 2013-cü ildən isə ATV kanalında çalışıram.

- Radioda aparıcılığa neçənci illərdən başladınız?

- Radioda aparıcılığım 2006-cı ildə İctimai radioda olub. "Antrakt" verilişi, ilk qonağım isə xalq artisti Firəngiz Mütəllimova olub.

 - Hansı aparıcını özünüzə ideal bilib bu sənətə gəlmisiniz?

- Düşünürəm ki, hər bir aparıcının özünəməxsusluğu var. İdeal etalonu ölçüsüzdür. Açığı idealım olmayıb və elə indi də yoxdur. Amma emosionallığımla məni Nərgiz Cəlilovaya bənzədirlər. Və bu da məni sevindirir. Çünki Nərgiz xanımı hər cəhətdən çox bəyənirəm.

- Bu gün TV-lərdə və radiolarda aparıcılarda sizi nə qane edir və nə qane etmir?
- Ümumiyyətlə aparıcılarda qane edən cəhət, hətta deyərdim mütləq lazım olan cəhət səmimiliyin olmasıdır. Amma qane etməyən isə bu səmimiliyin aşırı dərəcədə olmasıdır. 

 - Özünüz hansı həmkarınızın efirinə qulaq asırsınız?

- Bütün həmkarlarıma qulaq asıram. Günümün çox hissəsi sükan arxasında olduğumdan günün istənilən saatında hamıya qulaq asa bilirəm.

 - Bu hər sahədə var. Sizə üzdə gülüb arxada sözünüzü danışanları necə tanımısınız?

- Çox sadə, hiss etmişəm. Bürcüm xərçəngdir. Bu mənə daha çox hiss etməyə imkan verir.

 - Kimin xiffətini çəkirsiniz?

- Dünyasını cavan dəyişən anamın...

 - Zövqlü geyinməyə üstünlük verirsiniz, yoxsa zövqlü danışmağa?

- Zövqlü danışan zövqsüz geyinə bilməz. Bu mümkün deyil.

 - Efirdə çox gülərüz olan Fəxriyyə xanım ailədə necədir?

- Vəziyyətdən asılıdır.

 - Özünüzü dinləyicilərinizə necə xarakterizə edərdiniz?
 

- Adətən dinləyicilər məni xarakterizə edir. Amma öz aramızda səmimi deyim ki, dinləyicilər o qədər həssasdırlar ki, mənə məxsus və yalnız özümün duya biləcəyim istənilən xüsusiyyəti mənə bildirirlər. Və haqlıdırlar da.

Siz Fuad Biləsuvarlı , məhz o dinləyicilərdənsiniz ki, bizi sonsuz və təmənnasız olaraq bezmədən, usanmadan izləyirsiniz, müəyyən kaprizləri səbirlə qarşılamaqla. Yenə də var olursunuz. Buna görə sizə təşəkkür edirəm.

 - Belə gözəl qalmağınızın sirri nədədir?

- İltifatınıza görə təşəkkür edirəm. Yalnız ətrafımda olan insanların enerjisindən.

 - Keçmişə xəyalən qayıdanda kimləri və nələri qəlbinizdən silmək istərdiniz?

- Tək bir şey!!! Amma mümkünsüz bir şeyi düşünməyə dəyməz.

 - Dünənlə yaşayırsınız yoxsa sabahdan nəsə gözləyirsiniz?

- Dünən bu günə, bu gün isə sabaha rəvac verən amildir.

 - İnsan var həyatda hər şeyi var nə isə çatmır. Sizin həyatınızda nə çatışmır?

- Əlhəmdülillah.

- Şair demiş dünyanın xoşbəxti mənəm dünyada. Fəxriyyə xanım özünü bu dünyada tam xoşbəxt hiss edirmi?

- Bəzən deyirlər xoşbəxtlik andır. Düşünürəm ki, xoşbəxtlik düsturdur. Olanını vurursan bir-birinə sonra bölürsən. Daha sonra nəticəni toplayırsan, alınır xoşbəxtlik.

Fuad Biləsuvarlı

 
Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az