Çox narahat və həssas insanam, illərin incikliyi var ürəyimdə

İllərin səmimiyyəti vardı aramızda. O üzdən Bilqeyis xanımla görüşüb söhbətləşmək mənim üşün çox xoş idi. Yenə əvvəlki nurlu sima, qəmli gözlər, xəyallara dalan baxışlarla üz-üzəydim. Çətin anlarında, həyatın sınaqları ilə qarşılaşanda ən yaxın sirdaşı nəğmələri oldu. Ürəyə məlhəm olan nəğmələriylə könüllərə yol tapan gözəl müğənnimiz Bilqeyis Mehdiqızıdır həmsöhbətimiz.

 

Bilqeyis xanım, bir vaxtlar səsinizin sehrinə düşənləri niyə intizarda qoymusunuz?

 

- Allah hamımıza kömək olsun. İnşallah qismət olar yenidən hər şey yoluna düşər. Tanrım bütün balaları qorusun. Bir oğlum bir qızım var. Ana qayğılarım çoxdur. O üzdən başım qarışıqdır. Qızım ailəlidir, oğlum hələ ki subaydır. O qədər həssas və o qədər narahat anayam ki, sənətimdəki hər bir uğurum övladlarımın sevincinə, xoşbəxtliyinə bağlıdır.

Elə təəssürat yaranır ki, küsmüsüz?

 

- Küsmüşəm deyəndə ki, bu gün nə baş verdiyini özünüz yaxşı görürsünüz. A ilə b- nin yerini bilməyənlər bu gün yuxarı başda əyləşib, sinəsinə vurub sənətdən danışır. Əgər belələriylə bir səhnəni böluşsəm onlardan bir fərqim olmayacaq. Ən yaxşısı bir kənara çəkilib hələ ki, müşahidə etməkdi. Üzü hörmətli, sakitcə baxıram. Qoy məni sevənlərin xatirəsində olduğum kimi qalım. Küskünlüyüm bü günkü deyil. İllərin incikliyi var ürəyimdə.

 

Düşüncələriniz tez-tez sizi hara aparır?

 

- Rahat, sakit bir həyat istəyirəm. Həyatın gedişatına, insanların dəyişkənliyinə, ətrafda baş verənlərə baxanda insanın qəlbində sanki bir çöküntü yaradır. Səhər açılır, eşidirsən ki, kimsə rəhmətə getdi, kiməsə nəsə oldu. Bütün bunlar insana öz psixoloji təsirini göstərir. İstər-istəməz bu hadisələr gün ərzində səni tərk eləmir. Mən çox narahat və həssas insanam. İstəmərəm kiminsə ayağına daş dəysin. Bəzən insanın ağlına gəlməyən başına gəlir. Amma bu qədər həssaslıq da insanı yorur.

 

Görünməməyinizə səbəb həm də maddi durum daxil deyil ki?

 

- Sağ olsunlar telekanallar, məni dəvət edirlər. Amma studiyada bir-iki mahnı yazdırdım, səsyazmalarımı pis vəziyyətə saldılar. Oranjeman etdirdim, lakin pulu alıb işimi yarımçıq qoyub qaçdılar. Sanki elə təəssürat yaranır ki, kimsə bu adamlara göstəriş verir ki, mənim işimi əngəlləsinlər. Alınmır deyə bəzən bütün bunlardan adam küsür. Amma bilirəm ki, Allahın köməkliyiylə mütləq alınacaq. Mənim güvən yerim pislik edənlər deyil, Tanrımdı. Bu səsi mənə Yaradan verib.

 

Hansı oxuduğunuz mahnı həyatınıza yaxındı?

 

- ”Günahkar kim olacaq?” Günahkarı axtara-axtara ömür də getdi...

Sonuncu dəfə nə vaxt sevinmisiniz?

 

- Məni kiçicik nəyləsə də sevindirmək mümkündür. Kiməsə bir yaxşılıq edəndə sanki uçmağa qanadım olmur.

 

Ötən günlər tez-tez sizə nəyi xatırladır?

 

- Ötən günlər mənə tez-tez səhvlərimi xatırladır. Heç kim bu həyatda günahsız, səhvsiz deyiıldir. Mənim də səhvlərim olub təbii ki. Əgər o səhvləri buraxmasaydım, yəqin ki həyatım başqa bir istiqamətdə, başqa bir rəngdə olacaqdı. Səhvlərim sadəlöhvlüyümdən, hər kəsə inanmağımdan və təəssüf ki hər kəsi özümə dost bildiyimdən irəli gəlir. Həyatda cətinliklərlə üz-üzə gəldikdən sonra dostu düşməni tanıyırsan. Daha doğrusu kimin kim olduğu üzə cıxır. Elə cətin vəziyyətlərə düşmüşdüm ki haray cəkib qışqırmaq istəyirdim. Tanrıma əl acıb “artıq cəkə bilmirəm, canımı al”, deyə yalvarırdım. Güvəndiyim insanlar deyil, ağlıma gəlməyən insanlar mənə dəstək cıxdılar. Halbuki o güvəndiyim insanların arxasında həmişə mən dayanmışdım. Həyatın sınaqları ilə üz-üzə qalanda ciynimi söykəyə biləcəyim o insanları görmədim...Küskünlüyüm də bu oldu. İnsanların laqeydliyi!

 

Gələn günlərinizi ötənlərə qurban verərdiniz?

 

- Ötən günlərimdə həm xoş, həm də acılarım var. Peşmançılıqlarım, uşaqlığım, atalı-analı günlərim qaldı ötənlərdə. O qayğısız günlərimi həmişə yada salıram. Unudulmur ki... Hər fəslin özünə xas xatirələri var. Bəzən istəyirəm ki, zaman irəliləməsin, valideynlərimlə bağlı xatirələrim oyansın.

 

İndi həyatınızda çatmayan nədir?

 

- Həyatımda çatmayan şeylər çoxdur. İnsanlardan gözlədiyim mərhəmət, insanlıq... Hər addımda qarşılaşdığım güvəncsizliklər var.

 

Bu gün hansı mahnını oxumaq keçir ürəyinizdən?

 

- Ellər kadır kiymet bilmiyor, annem...

PS:Buludlar yenə qəm yağışı tökmək üçün toplanmışdı. Ürəkdə, qəhərlənmiş boğazda, dərdli gözlərdə... Başına gələnlərin hesabında yaşananları alt-üst edə biləcək sualların cavabını axtarırdı. Suallar quyuya atılan daşlar kimiydi. Boğulub qalırdı, amma ümidlərinin gerçəkləşməsi üçün həyat savaşının davamındaydı. Çox köhnələrdə qalan gül qoxulu xəyallara daldığı üşün diktafonu söndürdüm...

Mediainfo.az

Mətanət Şamilqızı

 

Çox oxunan xəbərlər
Son xəbərlər

25.09.2018

24.09.2018

23.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az