Faytonçu" Nazim: "Mənimlə yatağa girmək istəyənlər var"

Tanınmış müğənni Nazim Pişyari (Faytonçu) "Ölkə.Az"-ın suallarını cavablandırıb.

- Nazim bəy, istərdim öncə yaradıcılığınızdan danışaq...

- İki yeni mahnı yazdırmışam. Bir Nadir Əzimovun Sabir Abdinovun sözlərinə yazdığı "Axtarma məni" mahnısıdır, digəri isə Rübabə Muradovanın ifasında eşitdiyimiz "Yandırdın qəlbimi" adlı mahnıdır.  Bu mahnını balkan-ispan üslubunda aranjiman olunub. İsrailə, Rusiyaya məclislərə daha çox gedirəm və bu ölkələrdə balkan üslubu dəbdədir deyə, müəyyən mahnıları o stildə yazdırıram. 

- Səhhətinizlə bağlı vəziyyət nə yerdədir?

- Müalicəm bitib, hər şey qaydasındadır. Hər kəs kimi normal qidalanıram, pəhriz saxlamıram. 

- Həmin ərəfədə haqqınızda müxtəlif şayiələr dolaşdı. Hətta xərçəng xəstəliyindən əziyyət çəkdiyinizi deyənlər də var idi. Əslində səhhətinizdəki problem nədən ibarət idi?

- Öd kisəmdən əməliyyat olundum və əməliyyat düzgün aparılmadığına görə fəsad verdi. 

- Ola bilərmi ki, məhkəməyə verdiyiniz həkimi bağışlayasınız?

- İş məhkəmədədir, bağışlayan da məhkəmə olacaq, əfv edən də, cəzalandıran da.

- İstərdim konsertdən danışaq. Belə bir planınız varmı?

- Bu il əlli yaşım tamam olur və illərdir ki, səhnədə olmağıma baxmayaraq, heç vaxt solo konsertim olmayıb. Bu il hesabat xarakterli solo konsert vermək istəyirəm. Oxumaq mənasında potensialım var, sadəcə, bunu təşkil etməyə maddi imkanım yoxdur. Bunu açıq etiraf edirəm. Zalın icarə haqqı, işləyən əməkdaşların məvacibi xeyli pul edir.

- Əgər konsert salonunu doldura bilsəniz, xərcləri ödəmirmi?

- Dəqiq məlumatım yoxdur. Amma bu il ya Yaşıl Teatrda, ya Muğam Mərkəzində, ya da Heydər Əliyev adına Sarayda konsert verəcəyəm. Cibimə baxıb qərarlaşdıracağam. Konserti pul qazanmaq məqsədilə etmirəm. Sadəcə, əlli yaşım tamam olduğu üçün tamaşaçılara hesabat vermək istəyirəm ki, neçə illərdir səhnədəyəm, oxuyuram, zövqünüzü oxumağa çalışıram və bu da mənim indiyə kimi eləyə bildiklərimdir. 

- Amma bu faktdır ki, gənc ifaçılar Heydər Əliyev adına Sarayda solo konsert proqramıyla çıxış edirlər. Məsələn, bu yaxınlarda Talıb Talenin həmin məkanda konserti oldu. Bəs sizcə onlar maliyyəni haradan tapırlar? Konsert vermək riskdirmi?

- (qısa pauza) Əslində, riskdir. Bəzi həmkarlarım o səhnənin çəkisini dərk etmirlər. Dəfələrlə Heydər Əliyev adına Sarayda hansısa bayramda çıxışlar etmişəm. Orada oxuyanda dizlərim əsib. Oxuya-oxuya düşünmüşəm ki, bəlkə də Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov məhz burada dayanıb oxuyub, Heydər Əliyev boyda şəxsiyyətin burada andiçmə mərasimi olub. İndi mən bu səhnədə dayanmışam. Ürəyimdə Allaha yalvarmışam ki, mahnı tez qurtarsın, səhnədən çıxım. Bir dəfə görün nə baş verdi? "Yaşa, mənim xalqım"ı oxuyuram, ayağımla da ritmi-taktı  tuturam. İkinci bənddə musiqi  xırp dayandı. Yaxşı ki ayağımla taktı tuturam. Özümü itirmədim, davam elədim. Əgər ayağımla "hesab"ı vurmasaydım, aləm bir-birinə qarışacaqdı. Texnikadır da, dayandı. Camaat o qədər əl çaldı ki. Təxminən iki-üç ilin söhbətidir. Məndən sonra səhnəyə Faiq Ağayev çıxmalıdır. Səhnənin arxasında dedi ki, halal olsun sənə. Heç kimi ittiham etmək istəmirəm. Hər kəs istəyər ki, o sarayın səhnəsində konsert versin. Amma oranın səhnəsinə çıxanda hara çıxdığınızı dərk edin.

- Müsahibədən öncə sponsorlarla bağlı maraqlı məqama toxunmuşdunuz. İstərdim ki, həmin fikirlər müsahibəmizdə də getsin...

- Mənim hobbim spirtli içkilərin "probnik"lərini yığmaqdır, Xəyyam Nisanov kibrit qutuları yığır, Cavanşir Məmmədov avtomobil həvəskarıdır. Təsəvvür edin ki, himayədarım var və mənim də hobbim oxumaqdır. Mənə buraxılan vəsaitlə mahnı yazdırıram, oxuyuram. Bir var ki, bunu evdə özüm üçün oxuyum, bir də var səhnədə, efirdə oxumaq fikrinə düşürəm. Çəkdirdiyim klipi sosial şəbəkəyə buraxıram, ardınca isə efirə çıxıram. Həmin hobbi, həvəskarlıq səni peşəkar səhnəyə gətirib çıxarır. Əgər bu səndə yaxşı alınırsa, o başqa məsələ. Bizim nə günahımız var ki, bəzi ifaçılar öz həvəskarlıqlarını bizə, tamaşaçılara yedirtməyə çalışırlar. Axı nə günahımız var? Belə şeyləri səhnəyə sırımaq olmaz.

- Bir müddət əvvəl sosial şəbəkələrdə çox fəal idiniz. İndi vəziyyət necədir?

- Yenə də fəalam, yenə də tənqid edirəm, müəyyən mövzulara rəyimi bildirirəm.

- Bildirmişdiniz ki, sizə eşq etirafları olur. Hazırda əlli yaşın astanasındasınız. Yenə həmin etiraflar edilir?

- Axı mənə əlli yaş vermirlər. Kimə deyirəm ki, babayam, inanmır. Deyirlər ki, başında bir dənə ağ tük yoxdur. Bizim nəsildə saç tökülmə var, amma gec ağarır. Ona görə də belə etiraflar hələ də var. Mənimlə görüşmək istəyən də, üzr istəyirəm, yatağa girmək istəyən də var. 

- Belə təkliflərə reaksiyanız necə olur?

- Səmimi cavab verəcəyəm və bəziləri kimi yalandan bloka qoyuram deməyəcəyəm. Kişisən, kişi kimi danış da. İnsanla ünsiyyətdə oluram, görürəm ki, məsələ o yerə çatır, xətrinə dəyməmək şərtilə aradan çıxıram.  

- Bəs özünüzün münasibət qurmağa çalışdığınız xanımlar olur?

- Elə olanda ehtiramımı bildirirəm, yazıram ki, çox gözəl xanımsınız, sizin gözəlliyinizdən zövq alıram.

- Hiss etdiyim qədər çox səmimisiniz. Bu səmimiyyət sizə çoxmu problem yaradır?

- Bəlkə indi danışdıqlarım da mənə problem yaradacaq. Hər zaman göründüyüm kimi oluram, olduğum kimi görünürəm. Həyatda da beləyəm, efirdə də. 

- Bəs evdən sizə deyirlərmi ki, bu qədər səmimi olma?

- İyirmi səkkiz ildir ki, həyat yoldaşımla ailəliyik. O məni başa düşür, anlayır. Anlamasaydı, biz çoxdan boşanmışdıq. 

Çox oxunan xəbərlər
Son xəbərlər

20.04.2018

19.04.2018

Müsahibələr
Arxiv
Aprel 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az