Azərbaycanda yeganə vinerəm ki, video rolikim 5 gün dalbadal trend olub

 

Mediainfo.az-ın bu dəfəki müsahibi tanınmış viner Kənan Bahadıroğlu oldu. Daim sosial problemlərə biganə qalmayan, maraqlı sosial çarxlarıyla fərqlənən, vinerlərilə üzümüzə təbəssüm bəxş edən aktyor Kənan Bahadıroğlunun həyata yanaşma tərzilə siz də məlumatlanın. Buyurun, müsahibimizi sizlərlə baş-başa buraxırıq.

 

 

Bildiyimə görə İqtisad Universitetini bitirmisiniz. Necə oldu ki, incəsənət yönümlü oldunuz?

 

- Bəli, Bakı Dövlət İqtisad Universitetinin məzunuyam. Uşaqlıqdan incəsənətin bütün növlərinə marağım olub. Özüm hal-hazırda milli alətlərimiz olan sazda, tarda və əlavə olaraq gitarada da ifa etməyi bacarıram. Universitet vaxtlarımda da musiqi bacarığımla konsertlərdə iştirak edib öz təhsil müəssisəmin adını zirvələrə qaldırmışam. Keçmiş təhsil nazirimiz Misir Mərdanovun iki dəfə fərqlənməyə görə qəbulunda olmuşam. Bununla yanaşı rəssamlıq təhsilim də var. Bu sahədə də dəfələrlə birinci yerin sahibi olmuşam. Zatən hər gördüyüm işin başlanğıcı da, sonu da İncəsənət olub.

 

Həyat reallıqlarını ssenariləşdirmək və çəkmək çətindirmi?

 

- Bəli, əslində çox çətindir. Hər çəkdiyim video rolik üçün saatlarla, günlərlə fikir mübadiləsi aparıram. O vaxta kimi ki, tam istədiyimi əldə edim. Həyatdakı reallıqları olduğu kimi cəmiyyətə çatdırmaq çox çətindir, inanın. Bunun üçün yüksək səviyyəli aktyorluq bacarığı və eyni zamanda yüksək səviyyədə çəkiliş lazımdır. Hər ssenarini dəfələrlə  analiz edirəm ki, reallıqdan qırağa çıxılmasın. Bilənlər bilir ki, çəkiliş prosesi çox çətindir. Bir dəqiqəlik video rolik inanın ki, iki, üç saat vaxt ala bilir, hələ bunun montaj prosesini demirəm.

 

Həm yazırsınız, həm də çəkib göstərirsiniz. Hətta montaj və digər incəlikləri də çəkdiyiniz sosial-çarxlarda tək edirsiniz? Bu qədər işi tək etməyin sizcə araya gələn mövzu və ya materialda keyfiyyətsizliyə yol aca bilərmi, yoxsa əksinə?

 

- Düzdür, bütün çəkilişlərin ssenarisini və montajını özüm edirəm. Keyfiyyət məsələsinə gəldikdə isə belə hallara yol verməmək üçün əlimdən gələndən artığını etməyə çalışıram. Çünki bizdə cəmiyyət tənqidə çox meyllidir. Hər bir xırda nüansa belə fikir verilir, buna görə də mən də öz növbəmdə bu xırdalıqlara diqqət yetirirəm ki, mükəmmələ yaxın olsun. Bundan başqa bu sahədə çəkiliş və təqdimat da çox önəmli amildir, gərək izləyicilərin zövqünü də oxşayasan. Təəssüf ki, hal-hazırda mən öz çəkilişlərimi bahalı videokamera ilə etmirəm, buna hələ ki, imkanım çatmır. Hal-hazırdakı çəkilişlərimi mobil telefon vasitəsi ilə edirəm. Lakin montajı özüm yüksək səviyyədə bildiyim üçün video roliklər qənaət bəxş alınır. Bu sahədə tək də deyiləm öz komandam var və mənə yetərincə dəstək olub həvəsləndirirlər. Buna görə də yeni mövzular tapmaqda çətinlik çəkmirəm. Hər mövzuda çəkiliş edə bilirəm, buna şükürlər olsun ki, bacarığım çatır. Əlavə olaraq yaşım və həyat bilgilərim də buna imkan verir.

 

Vaynlar da çəkirsiniz?                   

 

- Əlbəttə. Vayn çəkməyə iki ildir başlamışam. Bu vaxta qədər yüzdən çox vaynın müəllifiyəm. Çəkdiyim video roliklər cəmiyyətdə xoş qarşılanır. Bunun üçün məni izləyənlərə təşəkkürümü bildirirəm. Mən də sizlər üçü əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Keçən il paylaşdığım video rolik “Otv.az” yutub  səhifəsi üzərində 5 gün Trentdə birinci pillədə oldu. Bu əlbət də ki, böyük uğurdur mənim üçün. Bu vaxta qədər Azərbaycanda heç bir vaynerin videosunun trentdə birinci olmadığını nəzərə alsaq. Bir daha xalqıma təşəkkürümü bildirirəm. Bu sahədə mənimlə çalışan aktyor və aktrisa dostlarıma da həmçinin. Komandam olmasaydı bəlkə də bu çəkilişləri sizlərə bu səviyyədə çatdıra bilməzdim.

 

Bu yaxınlarda gediş haqlarının bahalaşması ilə bağlı bir sosial-çarx çəkdiniz. Çox səs-küyə səbəb oldu, hətta sizi güclü şəkildə tənqid də etdilər. Buna nə üçün belə bir addım atdınız? 

 

- Gediş haqlarının bahalaşması ilə bağlı çəkdiyim vayna gəlincə, bu video rolikin belə səs-küyə səbəb olmasının əsas səbəbkarı sosial səhifələrin adminləri idi. Hansı ki, müəllifi olduğum vayn haqda yanlış məlumat paylaşmışdılar. Mənim haqqımda reallıqdan uzaq məlumat vermələri çox qeyri peşəkar bir hərəkət idi. Nəzərə alsaq ki, bunlar böyük xəbər portallarıdır. Mən xalqım üçün, cəmiyyətim üçün çalışan biriyəm, bunu məni tanıyıb izləyənlər yaxşı bilir. Məni bahalı maşında əyləşən imkanlı şəxs kimi təqdim edib xalqı üstümə qaldırdılar. Bu isə yolverilməzdir! Cəmiyyət isə öz növbəsində buna çox tez reaksiya verdi. Həmin vaxt  mənə gələn zənglərin sayı-hesabı yox idi. Qeyri peşəkarcasına paylaşılmış bu xəbərə görə ölümlə də hədələdilər. Ancaq yenə də deyim ki, bu sayt rəhbərlərinin səhvi idi. Xalqın heç bir səhvi yox idi. Mən də onlar kimi reaksiya verərdim. Lakin sonra əksər sayt rəhbərləri öz səhvlərini düzəldib bunun bir vayn olduğunu yazdılar. Burdan o sayt rəhbərlərinə dərin təşəkkürümü bildirirəm.

 

Kənan bəy, ikimizin birgə çəkildiyimiz “Qadın və uşaq zorakılığına yox deyək” adlı qısametrajlı film ərsəyə gətirdik. Bu filmlə insanların övladlarının cinsi arasında fərq qoymamağı və hər bir övladını eyni dərəcədə sevməli olduğu mesajını çatdırırdıq. Yenə bu tip filmlər düşünürsünüzmü?                        

 

 

- Uşağın cins ayrılığına qoyulan dəyər əzəldən çox həssas mövzu olub. Bu sosial çarxı çəkməmişdən əvvəl kanallarımızın bir neçəsində bu mövzuda Azərbaycanda baş vermiş qalmaqallı xəbərlərə şahid oldum. Hansı ki, qız övladı istəmədikləri üçün boşanan gənc ailələr və bu səpkidə olan başqa problemlər. Çox təsirləndiyim üçün bu video çarxı çəkmək qərarına gəldim. Lakin ağır və məsuliyyətli çəkiliş olacağını bilirdim. Bununçün dəyərli jurnalistimiz Günay Fuadqızı ilə birgə çalışmağı qərara aldım və həqiqətən seçimimdə yanılmadığımın fərqinə vardım. Böyük və məsuliyyətli bir sosial çarx olduğu üçün hər kəsdən  əlindən gələnin ən yaxşısını etməsini xahiş etdim. Elə də oldu, çox uğurlu sosial çarx ərsəyə gətirdik. Bu çəkilişdə mənimlə çiyin-çiyinə dəyərli körpələrimizdən Əntiqə Fatimə və Mələk xanım da iştirak edirdi. Sosial çarxın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Xüsusi olaraq bizə dəstək olan “103” Rentekarın rəhbəri Elgiz bəyə.

 

Bu işlə məşğul olmağın çətinlikləri varmı?                                                      

 

- Təəssüf ki, var. Baxmayaraq ki, bu işdən zövq alıram, amma çətin tərəfləri də var. Hansı ki, bəzən məni çox həvəsdən salır. İlk növbədə keyfiyyətli çəkiliş avadanlıqlarımın olmamasıdır. Bu da öz bacarığımı göstərməkdə mənimçün böyük əngəldir. Başqa ən böyük çətinlik isə dəstək görməməkdir, bundan çox təəssüflənirəm. Bu sahədə sıxıntılarım var. Dövlətin dəstəyinə çox ehtiyac duyuram. Televiziyalar da öz növbəsində verilişlərinə dəvət etsə yaxşı olardı. Hələ ki, yaxşı olar deyib pozitiv düşünürəm. Əminəm ki, yaxşı olacaq.

Günay Fuadqızı

 

Çox oxunan xəbərlər
Son xəbərlər

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az