Yevlaxda toyu olacaq qız gözəllik salonuna gedərkən qəzaya düşüb öldü
7 Noyabr 2022 10:34
Rusiyanın Krasnoyarsk bölgəsində yerləşən “Erqaki” Milli Parkında ayı turistlərə hücum edib.
Mediainfo.az xəbər verir ki, bu barədə Rusiyanın Baş İstintaq İdarəsinin Krasnoyarsk diyarı üzrə Regional İdarəsi məlumat yayıb.
Belə ki, ayının hücumu nəticəsində 16 yaşlı yeniyetmə aldığı xəsarətlərdən yerindəcə ölüb. Daha bir nəfər vəhşi heyvanın hücumu nəticəsində xəsarət alıb. Ümumilikdə turist qrupu 13 nəfərdən ibarət olub.
Qeyd olunur ki, Baş İstintaq İdarəsi hadisə ilə əlaqədar araşdırmaya başlayıb.