Yevlaxda toyu olacaq qız gözəllik salonuna gedərkən qəzaya düşüb öldü
7 Noyabr 2022 10:34
İrəvanın mərkəzində yerləşən Ermənistan Müdafiə Nazirliyinin anbarlarından birində yanğın baş verib.
Mediainfo.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, yanğın ötən gün saat 18:00-da başlayıb. Ermənsitan FHN-nin təcili xilasetmə şöbəsinin 6 yanğınsöndürmə və xilasetmə qrupu hadisə yerinə gedib. Yanğın təxminən 40 dəqiqə davam edib.
N saylı hərbi hissənin ərazisinin təxminən 2,5 hektara yaxın ərazisi, 150 pəncərə və 15 lövhə yanıb.