Yevlaxda toyu olacaq qız gözəllik salonuna gedərkən qəzaya düşüb öldü
7 Noyabr 2022 10:34
Bakıda tikinti şirkəti yaşayış olan evi uçurub.
Mediainfo.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Əliağa Vahid küçəsi 16, mənzil 5 ünvanında qeydə alınıb.
Hadisə zamanı evdə iki azyaşlı uşaq və iki qadın olub. Onları uçmuş daşların arasından qonşuları və əraziyə cəlb olunmuş aidiyyəti qurumların əməkdaşları çıxarıb.
Zərəçəkən Elnur Bağırov deyir ki, hadisəni törədən "Qaya Qala" tikinti şirkəti sözügedən ərazidə çoxmərtəbəli binalar inşa edir. Amma o, şirkətin verdiyi kompensasiya ilə razılaşmadığı üçün öz mənzilini tərk etmir.
Nəticədə həmin tikinti şirkəti dekabrın 15-də axşam saatlarında heç bir xəbərdarlıq etmədən evi uçurub.