Açıq rəngli dərisi və saçı kürən insanlar Günəşə daha həssas olur...""Avropada iyulun ortasında rekord istilər müşahidə edilir, insanlar evlərini tərk etmək məcburiyyətindədir..."
"İspaniyada son günlər istidən 360 adam həyatını itirib..."
Britaniyanın "Showcase Cinemas" kinoteatrlar şəbəkəsi saçı kürən insanlara pulsuz biletlər təqdim etməyə başlayıb.
Bu qərar Krallıqda havanın son dərəcə isti olması səbəbindən qəbul edilib.
Mediainfo.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri yazıb.
Açıq dərisi və kürən saçı olan insanlar başqalarına nisbətən Günəşin təsirinə çox həssasdır, ona görə də kinoteatrlar onlara ən isti saatlarını kinozallarda filmə baxmaqla keçirməyi təklif edib.
"Ekspertlər deyir ki, Böyük Britaniyada tezliklə ölkənin bütün tarixi boyunca ən isti günləri olacaq. Kürən adamlar əksəriyyət insanlara nisbətən Günəşə daha həssas olduqlarına görə biz onlara bizim kondisionerləri olan kinoteatrlarımızın daxilində Günəşdən qorunmaq üçün pulsuz sığınacaq veririk", - aksiyanın səbəbi belə izah edilib. Aksiya 18 və 19 iyulda qüvvədə olacaq, bu günlər ölkədə hava 38-39 dərəcəyədək yüksələcək. Hər bir iştirakçıya istənilən seansa bir bilet nəzərdə tutulub.
İyulun ortasında Avropada rekord isti hava müşahidə edilir. Bir çox regionlarda havanın hərarəti 40 dərəcədən yüksəkdir.
İsti hava ciddi yanğınlar törədib, bu səbəbdən də Fransa, İspaniya, Yunanıstan və başqa ölkələrin sakinləri öz evlərini tərk etmək məcburiyyətində qalıb.
İspaniyada son günlər istidən 360 adam həyatını itirib.