“Oxu Məni” qəzeti dəyərli oxucularını təbrik etdi EKSKLÜZİV FOTOLENT

Səmimi görüşdə xeyriyyə marafonu barədə yeni qərarlar qəbul edildi

Fevral ayının 25-də oxucular öz doğma ocaqlarında - “Oxu məni” qəzetinin redaksiyasında yenidən bir araya toplaşdılar. Bu görüşün keçirilməsində əsas məqsəd, istər qəzetimizdə, istərsə də oxumeni.az saytında mütəmadi nəşrə gedən, Sitarə Hüseynova və Sərvər Kamranlının təşkilatçılığı ilə “Kimsəsizlər evinə yardım” adlı xeyriyyə marafonuna dəstək vermək, bu xeyriyyə aksiyasına dair müxtəlif növ müzakirələr aparmaq idi. Görüşdə qəzetimizin bütün tədbirlərində iştiraklarını özlərinə borc bilən oxucularımızdan Sitarə Hüseynova, Cici qız Enel, Nofəl Ümid, Sahib Naxçıvanlı, Emin Dəniz, Elnur Mirzəyev, Sərvər Kamranlı iştirak edirdilər. Bu görüşün bundan öncəki görüşlərdən başqa bir fərqi də onda idi ki, artıq sonuncu görüşdə qəzetimizin redaktoru ilə birlikdə, Şəlalə Nəriman və digər əməkdaşlar da iştirak edirdilər. Əvvəlki görüşlərdən çox-çox səmimiyyəti ilə seçilən bu görüş həm də qəzetimizin daimi oxucuları Cici qız Enel və Sitarə Hüseynovanın doğum gününə təsadüf edirdi. Qəzetimizin redaktoru Natiq Qocaman görüşə gələnləri səmimi salamlayaraq, səbəbkarları təbrik etdi, onları redaksiya adından hədiyyə ilə sevindirdi. Qəzetimizin digər əməkdaşı Şəlalə Nəriman görüşə gələnləri çay süfrəsinə dəvət etdi. Cici qız Enelin gətirdiyi tort təntənəli şəkildə kəsildi. Beləcə, tədbirin birinci hissəsi maraqlı məqamlarla yadda qaldı.

Daha sonra görüş əsas məsələ, xeyriyyə aksiyası haqqında müzakirələrlə davam etdi. Marafonun təşkilatçılarından biri olan Sitarə Hüseynova bu aksiyanın əhəmiyyətindən danışaraq, bəzi uşaq evlərindəki çatışmazlıqları, gördükləri mənzərələri qeyd etdi və toplanılacaq vəsaitin məhz həmin ehtiyaclara xərclənməyin vacibliyini vurğuladı. Görüşdə iştirak edən digər iştirakçılar da bu fikirlərlə razılaşdıqlarını söyləyərək, aksiyanın gerçəkləşməsi üçün yeni təkliflərini etdilər. Natiq Qocaman aksiyanın təşkilatçılarına və dəstəkləyənlərə öz minnətdarlığını söyləyərək,özünün də bu yardımı dəstəklədiyini qeyd etdi. Yardıma daha çox yaşlı insanların ehtiyacı olduğunu söyləyərək,onların ehtiyaclarının uşaqlardan daha çox olduğunu, yığılacaq vəsaitin lazımı avadanlıqlara xərclənməsinin tərəfdarı olduğunu vurğuladı..
Beləcə görüş aşağıdakı müzakirələrlə yadda qaldı:
1. Xeyriyyə marafonunun vaxtının uzadılması, kimsəsizlər evinə ziyarətin martın 1-də deyil, 20-nə qədər baş tutması.
2. Ziyarətdən qabaq kimsəsizlərin həyat tərzi ilə maraqlanmaq, onların ehtiyaclarını araşdırmaq.
3. Bu xeyirxah tədbir haqqında qəzetimizdə internet saytımızda mütəmadi elanlar vermək.
Xeyriyyə aksiyasına həsr olunmuş daha bir tədbirimiz, beləcə, baş tutdu. Bəzi səbəblərdən iştirak edə bilməyən oxuculardan xahiş edirik ki, bizləri bu aksiyanın gerçəkləşməsində köməksiz buraxmasınlar. Xeyriyyə marafonumuzun vaxtının uzadılması, inanırıq, sizlərin də bu aksiyaya yardım etməsinə imkan yaradacaq. Əgər siz də xeyriyyə marafonumuza qoşulmaq istəyirsinizsə, bizə məlumat verin (Əlaqə telefonları: 051-553-08-93 və ya 055-471-13-87).
Sərvər Kamranlı

O.M. 

Çox oxunan xəbərlər
Son xəbərlər

13.12.2017

12.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az