Sıralarımızı daha bir qəhrəman tərk etdi

Sıralarımızı daha bir qəhrəman tərk etdi. İstər Böyük Vətən Müharibəsində, istərsə də əmək cəbhəsində çoxsaylı qəhrəmanlıq nümunələri göstərmişdi. El arasında da sayılıb seçilən ağsaqqallardan biri idi. Doğulub boya başa çatdığı Ağstafanın Səməd Vurğun adına qəsəbəsində, köhnə adı ilə Qrenfil kəndində hamı onu səmimiyyətlə “Obşi Məmməd  (Ümumi Məmməd)”  deyə çağırırdı. Çünki Məhəmməd kişi böyükdən kiçiyə kimi hamının işinə can yandırırdı. Bir sözlə, kəndin taleyüklü məsələlərində, eləcə də ümumi işlərində hər kəsin dadına yetişirdi. Bu da təsadüfi deyil.

1941-ci ilin 06 sentyabrında çoxları kimi o da vətəninin keşiyinə yollanmışdı və  1945-ci ilin 06 may tarixinə qədər vətəndaşlıq borcunu layiqincə yerinə yetirmişdi. Çoxsaylı orden və medallarla təltif olunan Məhəmməd kişi, əslində, ana yurdu Azərbaycanı, doğma kəndi Qrenfili qorumuşdu yağı düşməndən. Məhz bu vətən və xalq sevgisi onu doğma torpağına, həmyerlilərinə sıx tellərlə bağlayırdı.

Az ömür sürmədi Məhəmməf kişi. Bir əsrə yaxın həyat yolu keçdi. Bununla belə, nə doğmalarından, nə həmkəndlilərindən, nə də bağlı olduğu münbit torpaqdan doya bilmədi. Sonda doğmalarının və həmyerlilərinin çiyinlərində ana torpağına qovuşdu. 

Bu gün Məhəmməd kişinin sıralarımızı tərk etməsinin qırxıncı günü tamam olur. Bu münasibətlə “Mətbuat” firmasının yaradıcı kollektivi mərhumun qardaşı Tofiq Axundova dərin hüznlə başsağlığı verir, mərhuma Uca Tanrıdan rəhmət diləyir. Allah rəhmət eləsin!     

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

18.10.2017

17.10.2017

Müsahibələr
Arxiv
Oktyabr 2017
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az