Ermənistanın cinayətkar şəhər rəhbəri vəzifəsində qaldı

Ermənistan kriminal qaydalarla idarə olunur

Ermənistanda özbaşınalıq baş alıb gedir. Bunu partizan rubrikasının operativ məlumatlarından bilmək olar. Onlardan biri ilə sizləri tanış edirik.

Hadisə indiki Ermənistan adlanan ərazinin Kəvər (əvvəlki adı ilə Yeni Bəyazit və ya Kamo) şəhərində baş verib. Hetqonline saytının dünən yaydığı məlumata görə, adıçəkilən şəhərin meri Qurgen Martirosyan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cinayətkar qohumlarının təcridxanadan qaçmalarına şərait yaradıb.

Belə ki, icra başçısının qardaşları Aram və Artur, həmçinin yaxın qohumu Qraç Petrosyan bir müddət əvvəl Kəvər şəhər sakinləri Akop və Ovsep Ovanisyanın, o cümlədən Spartak Zarqaraqoyanın həyatlarına qəsd etməyə cəhd göstərmişdilər. Şikayətçilərin ərizələrinə əsasən cinayətkarlar tutuldular.  Lakin şəhər meri onların təcridxanadan qaçırılmalarına şərait yaratdı. Nəticədə, istintaq tərəfindən günahları sübuta yetirilən canilər müəmmalı şəkildə aradan çıxarıldılar.

Ermənistanın baş prokuroru faktla bağlı baş nazir Tiqran Sarkisyana müraciət etsə də, bu ölkənin cinayət Məcəlləsinin 334-cü maddəsinin 1-ci hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olan Qurgen Martirosyan 08 iyul 2011-ci ildə tam bəraət qazandı və barəsində qaldırılmış cinayət işinə xitam verildi. Hal-hazırda cinayətkar şəhər başçısı öz vəzifəsini icra etməkdə davam edir.   

Ermənistanda dövlət qanunları işləmir. Əgər baş prokuror cinayəti sübuta yetmiş dövlət rəsmisini tuta bilmirsə, baş nazir bu işə şəxsi maraqları müstəvisindən baxırsa, cinayətkarlar qanundan ali mövqedə dayanıblarsa, deməli, bu ölkə kriminal qanunlarla idarə olunur. Göründüyü kimi, Ermənistan böyük bir türməni xatırladır. Burada vəzifə adamları avtoritet, vətəndaşlarsa sadəcə dustaqlardır...

Şahməmməd Şahməmmədov (Polis polkovniki)

O.M.



Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az