Şəhid Ziya Həsənov Şəhidlər Xiyabanında dəfn edilib - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan zabitinin dəfn mərasimində böyük izdiham yaşanıb. 
 
Cəbhə xəttinin Füzuli rayonu istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Ağdam rayonundan məcburi köçkün, 26 yaşlı Ziya Niyazi oğlu Həsənovun cənazəsi "Vətən sağ olsun!", "Şəhidlər ölməz Vətən bölünməz!", "Vətən sənə canım fəda!", "Şəhidlər ölmür!", "Qələbə naminə!" şüarları ilə Bərdə rayon Şəhidlər Xiyabanına gətirilib.
Azərbaycan ordusunun şəhidi alqış sədaları altında dəfn olunub.
 
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) nümayəndələri, hüquq-mühafizə orqanlarının rəsmiləri, rayon ictimaiyyəti, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti iştirak edib. 
 
Dəfn mərasimində şəhidin xatirəsinə yaylım atəşi açılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. (report)
 
Mediainfo.az
 
Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az