Baş Klinik Hospital: Aprel döyüşlərində yaralanan hərbçi Türkiyəyə aparılacaq

Aprel döyüşlərində yaralanan şəxsin müalicə olunmaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirilib.

 

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının tibb hissə rəisi, polkovnik Vüqar Mürsəlov bildirib ki, ötən ilin aprelində döyüşlər zamanı başından ağır yaralanan Yaşar Təvəkkül oğlu Ağayev hazırda hospitalın reanimasiya şöbəsində müalicə alır: “Onun başında cərrahi əməliyyatlar aparılıb və müsbət nəticələr əldə olunub. Lakin onun baş nahiyəsinə süni baş qapağı qoyulması zərurəti yarandığından, bu əməliyyatın Türkiyənin Gülhanə hərbi hospitalında həyata keçirilməsi üçün Müdafiə Nazirliyinin Hərbi Tibb Baş İdarəsi tərəfindən Türkiyənin ölkəmizdəki səfirliyinə müraciət edilib. Danışıqlar nəticəsində Yaşar Ağayevin ən gec iyul ayının əvvəlinədək Türkiyəyə aparılacağı barədə razılıq əldə olunub”.

 

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsində Ağayev Yaşar adlı şəxsin fotoşəkili yerləşdirilərək, onun 2016-cı ilin aprel döyüşlərində başından yaralanması, indiyədək 5 dəfə cərrahi əməliyyat keçirməsinə baxmayaraq, daha bir əməliyyatın Türkiyədə keçirilməsinə ehtiyac olması, lakin ölkə rəhbərliyinin yaralı hərbçilərə yüksək diqqət və qayğı göstərilməsi barədə tapşırıqlarının icrasına məmurlar tərəfindən səhlənkar yanaşılmasına dair xəbərlər yayılıb.

 

Y.Ağayev və onun qohumları bu məlumatın kim tərəfindən yayılmasından xəbərsiz olduqlarını və hospitalda aparılan tibbi müalicə prosesindən narazı olmadıqlarını bildiriblər. (apa)

 

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

18.09.2018

17.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az